Modern.az

Milli Məclisin iki komissiyası yenidən təşkil olundu - ÜZVLƏR

Milli Məclisin iki komissiyası yenidən təşkil olundu - ÜZVLƏR

Parlament

1 Fevral 2017, 12:16

Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclası öz işinə başlayıb.

Modern.az saytının məlumatına görə, iclası Milli Məclis sədri Oqtay Əsədov açıb.

Qeyd edək ki, parlament bu gün 27 məsələni müzakirə edəcək.

Bu gün parlamentin Hesablayıcı və İntizam komissiyalarının yeni tərkibinə yenidən baxılıb.

Hesablayıcı Komissiyasının yeni tərkibinə Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rəfayel Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva, Mixail Zabelin daxil edilib.

İntizam Komissiyasının tərkibi Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədən təşkil olunub.

Hər iki məsələ səsə qoyularaq qəbul edilib.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü