Modern.az

Ermənistan blokadadan çıxır – Kreml Gürcüstan ilə RAZILAŞDI

Ermənistan blokadadan çıxır – Kreml Gürcüstan ilə RAZILAŞDI

Dünya

8 Fevral 2017, 22:21

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Gürcüstan baş nazirinin Moskva ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında baş tutan görüşün detalları məlum olub.

 

 

Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, danışıqların nəticəsi olaraq hər iki tərəf “iqtisadi-ticarət əlaqələrində” ciddi irəliləyişə nail olduqlarını bildiriblər.

 

 

Ötən gün Praqada baş tutan görüşün nəticələrinə əsasən, tərəflər 2011-ci ildə imzalanmış “Ticarət koridorları haqda” müqavilənin yenidən qüvvəyə minməsi haqda razılaşıblar.

 

Karasin həmin müqavilənin reallaşmasında Tbilisi və Moskva ilə yanaşı, rəsmi Yerevanın da maraqlı olduğunu deyib.

 

“Müqavilənin təsdiqlənməsi Ermənistana Abxaziya və Cənubi Osetiya ərazilərindən keçəcək xüsusi ticarət koridorları ilə Rusiya ilə kommunikasiya əlaəqləri saxlamağa imkan verəcək. Bu hava şəraitinə görə tez-tez bağlanan Yuxarı Lars sərhəd keçid məntəqəsinin effektiv əvəzlənməsi deməkdir” – deyə “Kommersant” qəzeti yazır.

 

 

2011-ci il noybarın 9-da imzalanmış və uzun illər Gürcüstanın veto qoyduğu həmin müqaviləyə əsasən, Gürcüstandan Rusiyaya Cənubi Osetiya və Abxaziya əraziləri vasitəsilə xüsusi ticarət dəhlizləri açılacaq. Həmin dəhlizlərdən keçəcək məhsullara beynəlxalq müşahidəçilər nəzarət edəcəklər.

 

Müqavilə faktiki olaraq, blokada da olan Ermənistanın beynəlxalq aləmlə nəqliyyat əlaqələrini diversifikasiya etməyə və blokadadan çıxmasına şərait yaradacaq.

 

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü