Modern.az

Bahar Muradovadan mətbuata İRAD: “Bəzi məlumatlar düzgün çatdırılmır”  

Bahar Muradovadan mətbuata İRAD: “Bəzi məlumatlar düzgün çatdırılmır”   

Aktual

17 Fevral 2017, 11:44

“Azərbaycanda qısa müddətdə çox böyük uğurlar əldə olunub. Bu uğurların əksəriyyəti mətbuatla bağlıdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova KİV nümayəndələri ilə görüşündə deyib.

Bahar Muradova bildirib ki, parlament mətbuatın işinə çox önəm verir.

“Bütün hakimiyyət qanadlarında aparılan işdə mətbuatın böyük rolu var. Mətbuat üzərinə düşən işi yerinə yetirməkdədir. Hakimiyyətin vacib qanadlarından olan parlamentin işıqlandırılması, parlament- media münasibətlərinin formalaşmasında çox şərəfli yol keçmişik.

Ulu Öndər mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkşafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırki mərhələyə gəlib çıxıb.

Millət vəkilləri də, jurnalistlər də xalqın adından danışır, onların hüquqlarnı müdafiə edir.

Bu illər ərzində mətbuatın nailiyyətləri daha çoxdur və biz bundan qurur hissi ilə danışa bilərik.

Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru -düzgün çatdırılmasında müəyyən problemlər var. Bu günkü görüşün də əsas məqsədlərindən biri, mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, mətbuatın yardımına ehtiyacımız olan məsələləri müzakirə etməkdir”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü