Modern.az

Beynəlxalq Banka sığorta agenti lisenziyası verildi

Beynəlxalq Banka sığorta agenti lisenziyası verildi

Aktual

17 Fevral 2017, 16:18

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib. 


Modern.az xəbər verir ki, Palatanın Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı “ABB”nin müraciətinə baxılmış və müsbət qərar qəbul edilmişdir.


Sözügedən lisenziya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü