Modern.az

Gömrük Komitəsi 88 min dolları gizlədən şəxsə CAVAB VERDİ

Gömrük Komitəsi 88 min dolları gizlədən şəxsə CAVAB VERDİ

18 Fevral 2017, 14:57

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti fevralın 17-də bəzi kütləvi informasiya vasitələrində  dərc olunan “Gömrük işçiləri sahibkarı necə soydu?” başlıqlı yazıya və eləcə də Cabir Alışov adlı şəxs tərəfindən edilən videomüraciətə cavab verib.

Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bildirir ki, 5 yanvar 2017-ci il tarixdə saat 12:30 radələrində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Alışov Cabir Sənham oğlunun idarə etdiyi “VAZ 217050” markalı, H798XE05 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı arxa oturacağın üzərində olan gödəkçənin və idman gödəkçəsinin ciblərində gömrük orqanına bəyan etmədiyi külli miqdarda-88000 ABŞ dolları aşkar edilib götürülüb.


Faktla bağlı 23 yanvar 2017-ci il tarixdə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə 172970024 nömrəli cinayət işi başlanılıb.


Cinayət işi üzrə Alışov Cabir Sənham oğlu və baxış keçirilməsində iştirak etmiş gömrük əməkdaşları dindirilib, həmçinin digər şahidlərin dairəsi müəyyən edilərək ifadələri alınıb, Cabir Alışovla gömrük əməkdaşlarının ifadələri arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün üzləşdirilmələr həyata keçirilib.


Cinayət işi üzrə məhkəmə kompyuter-texniki ekspertizası təyin edilərək icra edilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilib.


Dövlət Gömrük Komitəsi daha sonra bildirib:

“Alışov Cabir Sənham oğlundan götürülmüş 88000 ABŞ dolları istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanması üçün Dövlət Gömrük Komitəsinin Xəzinəsinə təhvil verilmişdir.

Alışov Cabir Sənham oğlunun idarə etdiyi “VAZ 217050” markalı, H798XE05 dövlət nömrə nişanlı minik avtomobili ilə 05 yanvar 2017-ci ildə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlməsi ilə əlaqədar qeydə alınmış video görüntülər istintaq orqanı tərəfindən götürülərək cinayət işinə əlavə edilmiş və baxış keçirilmişdir.

Cinayət işi üzrə Alışov Cabir Sənham oğlunun üzərində olan 88000 ABŞ dollarını Rusiya Federasiyasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirib-keçirməməsinin müəyyənləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsi və Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına müvafiq sorğular verilmişdir.

Cinayət işi üzrə Alışov Cabir Sənham oğlunun şəxsiyyətinin barəsində məlumatların əldə edilməsi üçün səlahiyyətli orqanlara sorğular göndərilmiş, həmçinin iş üzrə əhəmiyyət kəsb edə biləcək xüsusatların müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş, verilmiş sorğulardan bəzilərinə cavablar alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.

Cinayət işi üzrə Alişov Cabir Səhnam oğlunun, Alışov Sabir Sənham oğlunun və Alışova Sara İbadulla qızının müxtəlif dövlət orqanlarına ünvanladıqları şikayət ərizələri cinayət işinə əlavə edilmiş və ərizədə göstərilən xüsusatlar istintaq orqanı tərəfindən araşdırılır.

Göründüyü kimi, hələ istintaq başa çatmamış Alışov Cabir Sənham oğlunun bəzi kütləvi informasiya vasitələrində etdiyi ittiham dolu çixışlar yalnız ibtidai araşdırmanın obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaqla, istintaq orqanına təsir göstərmək məqsədi daşıyır.

Hazırda cinayətin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri istintaq tədbirləri davam etdirilir”.



Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü