Modern.az

Jurnalistlər vergi qanunvericiliyi ilə bağlı məlumatlandırılıb - FOTO

Jurnalistlər vergi qanunvericiliyi ilə bağlı məlumatlandırılıb - FOTO

Aktual

19 Fevral 2017, 23:23

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" proqramı  çərçivəsində növbəti seminar keçirib. Modern.az saytı xəbər verir ki, seminar fevralın 17-19-da Xaçmaz şəhərində təşkil olunub. "Vergi Məcəlləsi-2017: yeniliklərin hüquqi təhlili" mövzusunda seminarda jurnalistlərə Vergi Məcəlləsindəki yeniliklər, habelə “Nağdsız hesablaşmalar haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun barədə məlumat verilib. Seminarda vergi qanunvericiliyinin yeni müddəalarının şərhi, onların tətbiqi problemləri müzakirə olunub.

Qeyd edək ki, seminarda ekspert qismində Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov çıxış edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü