Modern.az

“Ermənilər öz havadarları sayəsində bəzi istəklərinə nail olublar”

“Ermənilər öz havadarları sayəsində bəzi istəklərinə nail olublar”

24 Fevral 2017, 12:19

“Təəssüf ki, ermənilər öz havadarları sayəsində bəzi istəklərinə nail olublar”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O qeyd edib ki, Xocalı faciəsinə ilk siyasi qiymət mərhum prezident Heydər Əliyev tərəfindən verilib. Spiker bildirib ki, hazırda da Azərbaycan tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində geniş ilər görülür. Oqtay Əsədov bir neçə ölkənin Xocalı soyqırımını tanıdığını da xatırladıb.

 

“Milli Məclisin deputatlarının iştirak etdiyi beynəlxalq tədbirlərdə də Xocalı facəsini diqqətdə saxlayır. Anım tədbirlərində iştirak edirlər. Xalqımız heç zaman bu soyqırımınəı unutmayacaq. Biz inanırıq ki, bu vəhşi əməlləri törədənlər öz layiqli cəzalarını alacaqlar. İnanırıq ki, Azərbaycan gez-tez işğal edilmiş torpaqlarını geri qaytaracaq”.

 

Oqtay Əsədov onu da əlavə edib ki, Milli Məclis tərəfindən Xocalı soyqırımı ilə bağlı broşür də buraxılacaq.

 

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü