Modern.az

“Mehriban Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək” – RƏSMİ

“Mehriban Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək” – RƏSMİ

Aktual

25 Fevral 2017, 14:36

Mehriban xanım Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə də sirayət edəcək.

Trend-in məlumatına görə, bunu fevralın 25-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov müəllifi olduğu “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatında çıxışında deyib.

Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edən Ə.Həsənov qeyd edib ki, bu təyinat Azərbaycan xalqına, dövlətinə çox xeyir gətirəcək:

"Qarşıdakı illərdə siz Azərbaycanda dövlət idarəçiliyindəki dinamizmi də müşahidə edəcəksiniz. Mehriban xanımın dinamik xarakterinin dövlət idarəçiliyinə də sirayət edəcəyinin şahidi olacaqsınız". 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü