Modern.az

Jurnalist Zabil Müqabiloğlu həyatını itirdi

Jurnalist Zabil Müqabiloğlu həyatını itirdi

Allah rəhmət eləsi̇n

26 Fevral 2017, 23:57

Jurnalist Zabil Müqabiloğlu vəfat edib.

Modern.az saytı xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkədə məlumat yayıblar. Jurnalist 1 saylı Şəhər Kliniki Xəstəxandada dünyasını dəyişib. Zabil Müqabiloğlu uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirdi.

Yaxınlarının məlumatına görə, Z.Müqabiloğlu sabah Pirşağı qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman", "Yeni Müsavat" qəzetlərində çalışıb.

Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.

Allah rəhmət eləsin.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır