Modern.az

Sabah bir neçə rayonda qaz olmayacaq

Sabah bir neçə rayonda qaz olmayacaq

Aktual

27 Fevral 2017, 21:29

Sabah bir neçə rayonda yenə qaz olmayacaq. Modern.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən bildirir ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin magistral qaz kəmərləri sahələrində carı təmir işləri görüləcək. Bununla bağlı sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin balansında olan “Ceyranbatan” və “Qobu”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin balansında olan “Ucar”, “Lək” və “Zərdab”, Astara Magistral qaz kəmərləri sahəsinin balansında olan “Günəşli” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin, Cəlilabad rayonunun Günəşli, Alar, Təzəkənd və Qarazəncir kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı