Modern.az

Erməni girovluğundakı Elnur Hüseynzadədən nə xəbər var?

Erməni girovluğundakı Elnur Hüseynzadədən nə xəbər var?

Aktual

28 Fevral 2017, 15:12

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) müraciət olduğu halda saxlanılan şəxsin geri qaytarılması üçün danışıqlara başlayır.

Bunu Modern.az-a BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. O qeyd edib ki, yalnız o halda Komitə vasitəçilik edə bilər:

 

“Ümumiyyətlə, saxlayan tərəf məlumat verdiyi və saxlanılan insan bu barədə (geri qaytarılması) istək və arzularını bildirirsə, o halda Komitə sırf neytral vasitəçi kimi çıxış edir”.

 

İ.Hüseynova deyib ki, indiyə qədər saxlanılan şəxsə - erməni girovluğunda olan Azərbaycan vətəndaşı Elnur Hüseynzadəyə bir dəfə baş çəkilib.

 

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası vətəndaş Elnur Hüseynzadə ilə bağlı araşdırma aparıldığını bəyan edib.

E.Hüseynov fevral ayının 1-də qarşı tərəfin əlinə keçib. Erməni tərəfi onun kəşfiyyatçı olduğunu iddia edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə,  E.Hüseynzadə girov götürülməzdən xeyli önc Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.

 

Qondarma "Dağlıq Qarabağ Respublikası”nın  (DQR) "məhkəmə”si Elnur Hüseynzadə barədə iki ay "həbs” qərarı verib.

 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü