Modern.az

Baş nazir helikopterdə çətin anlar yaşayıb

Baş nazir helikopterdə çətin anlar yaşayıb

Dünya

6 Mart 2017, 00:43

Türkiyə Baş naziri Binəli Yıldırımın olduğu helikopter  Muş vilayətində hava limanına eniş edə bilməyib.  Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ərazidəki qatı duman olub.

Türkiyə Baş Nazirliyinin məlumatına  görə, aeroporta enə bilməyən helikopter Muş stadionuna yönəlib.

Lakin 3 dəfə edilən cəhdə baxmayaraq, burada da yerə enmək mümkün olmayıb.

Daha sonra isə Vanın Tatvan mahalına uçan helikopter orada Kale məhəlləsində boş əraziyə eniş edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı