Modern.az

Azərbaycanda 497 tələbə köçürülmək istəyir

Azərbaycanda 497 tələbə köçürülmək istəyir

Təhsil

6 Mart 2017, 12:06

Köçürülmək üçün ən çox müraciət olunan universitetlərin adı məlum olub.

Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə,onlardan 307-si yerli, 122 tələbə isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün sorğularını təsdiq ediblər. 307 tələbədən 230-u, 122 tələbədən isə 3-ü seçdikləri ali təhsil müəssisələrinə köçürülüb. 

Köçürülmək üçün ən çox müraciət olunan universitetlər Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Dillər Universitetidir. 
Köçürülmək istəyənlərin əksəriyyəti Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər və Lənkəran Dövlət Universitetinin tələbələridir.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır