Modern.az

ABŞ səfiri Artur Rasizadədən xahiş edib

ABŞ səfiri Artur Rasizadədən xahiş edib

6 Aprel 2011, 15:06

Aprelin 6-da Azərbaycanın Baş naziri Artur Rasizadə Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfiri Metyu Brayza ilə onun xahişilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bu görüş üçün Baş nazirə minnətdarlıq edən Metyu Brayza Azərbaycana səfir təyin olunmasından şərəf duyduğunu, Amerika hökumətinin ölkələrimiz arasında əlaqələrə və tərəfdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin perspektivləri, qarşılıqlı əməkdaşlığın daha da intensivləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə müzakirələr olmuş, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü