Modern.az

Rotterdamda güclü partlayış

Rotterdamda güclü partlayış

Dünya

9 Mart 2017, 00:11

Niderlandın Rotterdam şəhərində güclü partlayış olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış baş verən ərazidən onlarla insan təxliyə edilib. Hadisə zamanı ölən və xəsarət alanlarla bağlı hələlik məlumat verilmir. Partlayışın başvermə səbəbləri də hələlik məlum deyil. Ancaq hüquq-mühafizə orqanları hadisənin məişət səbəbindən baş verdiyini istisna etmirlər.

Xilasetmə xidmətindən bildirilib ki, sakinlərin təxliyəsi evlərin qismən uçması təhlükəsi ilə bağlı olub. Hazırda mütəxəssislər tikililərin sabitliyini yoxlayırlar.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü