Modern.az

Saakaşvili Batumidəki kütləvi iğtişaşlarda ittiham olunur

Saakaşvili Batumidəki kütləvi iğtişaşlarda ittiham olunur

Dünya

12 Mart 2017, 21:46

“Batumudəki kütləvi iğtişaşlarda günahkar Vahid Milli Hərəkat Partiyasıdır”. Modern.az Axar.az-a istinadən xəbər verir ki, bunu Acarıstan hökumətinin sədri Zurab Pataradze bildirib.

Zurab Pataradze bildirib ki, Batumidə sabitliyin pozulmasına imkan verməyəcəklər: “Bu aksiya regionumuzun inkişaf etməməsinə hesablanıb. Bilirsiniz ki, qarşıda turizm mövsümü gəlir, regionumuzun şöhrəti artır və bizim rəqiblərimiz də çirkin yollarla bunun qarşısını almağa çalışır".

İqtidardakı Gürcü Arzusu Partiyası da iğtişaşlardakı məsuliyyəti Vahid Milli Hərəkat Partiyasının üzərinə yıxıb.

Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyasının lideri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilidir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü