Modern.az

Yunanıstandan Türkiyəyə dəstək

Yunanıstandan Türkiyəyə dəstək

Dünya

13 Mart 2017, 20:51

Yunanıstan Hollandiya-Türkiyə böhranı məsələsində Türkiyəyə dəstək olduğunu nümayış etdirib. Modern.az saytı  xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın Avropa işləri üzrə xarici işlər nazirliyinin səlahiyyətli nümayəndəsi olan Yorgos Katrougalos başda Almaniya və Hollandiya olmaq üzrə bəzi Avropa ölkələrində hökm sürən gərginliklər mövzusunda Türkiyə xeyrinə açıqlamalar verib.

Televiziya proqramlarından birində sualları cavablandıran Katrougalos fikirlərini belə ifadə edib: "Türkiyə nümayəndələri  seçkilər dövründən  əvvəl Trakiyaya səfərlər etmişlər. Onların bu ünsiyyətinə maneə törətmək üçün hər hansı bir səbəb yoxdur".

Katrougalos əlavə olaraq bildirib ki, Avropada əlaqələrimizdə problemlərə səbəb ola biləcək gərginliklərin aradan qaldırılması lazımdır: "Mən digər ölkələrin daxili siyasi qərarlarına qarışmaq istəmirəm. Ancaq Avropada qayda belədir ki,  bəzi problemlərin həll olunmasında bu cür tədbirlərin həyata keçirilməsi vacibdir. Burada əsas məqsəd ictimaiyyətin təhlükəsizliyinə nail olmaqdır".

 

Aida İSAQ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü