Modern.az

YAP-çı gənclər Müsavatın qarşısında aksiya keçiriblər

YAP-çı gənclər Müsavatın qarşısında aksiya keçiriblər

Təhsil

9 Aprel 2011, 14:30

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının bir qrup üzvü Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib.
Modern.az-ın məlumatına görə, aksiyada iştirak edən YAP-çı gənclər Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli əleyhinə şüarlar səsləndiriblər. Onlar gənclərin prezident İlham Əliyevin ətrafında birləşdiyini bəyan edərək ölkə başçısının siyasətini dəstəklədiklərini bildirblər, İsa Qəmbər və Əli Kərimlini Azərbaycanın düşmənləri adlandırıblar.
Aksiya hüquq-mühafizə orqanlarının nümayəndələrinin müdaxiləsindən sonra başa çatıb.

Qeyd edək ki, aksiya keçirilən müddətdə Müsavatın qəragahında İctimai Palatanın toplantısı təşkil olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır