Modern.az

Azərbaycanlı aydın Türkiyədə Alparslan Türkeşdən danışacaq

Azərbaycanlı aydın Türkiyədə Alparslan Türkeşdən danışacaq

Aktual

18 Mart 2017, 09:45

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) martın 25-26 tarixlərində Türkiyənin Ankara və Konya şəhərlərində keçiriləcək konfranslara dəvət alıb. Bu barədə Modern.az-a açıqlama verən F.Ələkbərli bildirib ki, öncə martın 25-də İLESAM-ın (Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği) təşkilatçılığıyla “Türk Birliyi” mövzusunda bir konfrans keçirəcək. Burada Türk Birliyinin mövcud durumu və gerçəkləşmə yollarından bəhs olunacaq!

Daha sonra Azərbaycan türk aydını martın 26-da Konya şəhərində Ahde vefa Turan Birliyi Dərnəyinin düzənlədiyi  “Alparslan Türkeş və Ülküçü Dünyagörüşü” mövzulu panelə qatılacaq. F.Ələkbərli bildirdi ki, Konyada “Alparslan Türkeş və Ülküçü dünyagörüşünün Azərbaycan və Qafqazlardakı təsiri” mövzusunda çıxış edəcək.
Burada A.Türkeşin Türkiyədə Türk Birliyi istiqamətində gördüyü işlər, eyni zamanda onun Azərbaycana səfəri və bunun Azərbaycan türkləri üzərində təsirindən söz açılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı