20 noyabr 2017, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Azərbaycanda “Novruz”, farslarda “Nouruz”, özbəklərdə “Navruz”, qazaxlarda “Naurız”..
Azərbaycanda “Novruz”, farslarda “Nouruz”, özbəklərdə “Navruz”, qazaxlarda “Naurız”..
20.03.2017, 10:06

Bu gün Novruz bayramıdır, qış öz yerini bahara təhvil verir. Türk-müsəlman dünyasında geniş miqyasda qeyd edilən Novruz bayramı həm də yeni ilin gəlişini bildirir.

Modern.az-ın məlumatına görə, elmi araşdırmalar Novruz bayramının qədim tarixə malik olduğunu sübut edib. Bu bayramın İslam dini yaranmazdan öncə, Zərdüşt peyğəmbərin yaşadığı dövrdə qeyd edilməsinə dair məlumatlar onun yaşından xəbər verir. İlk yazılı mənbələr Novruz bayramının bizim eradan əvvəl 505-ci ildə yarandığını bildirir. Vaxtilə bəzi İslam xadimləri Novruza dini rəng verməyə çalışsalar da, bunu qəbul etdirməyə nail ola bilməyiblər. Tədqiqatçılar bu bayramın məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini qeyd edirlər.


Sovet dövründə SSRİ-nin tərkibində olan digər türkdilli respublikalar kimi Azərbaycanda da Novruz qeyri-rəsmi bayram kimi qeyd olunurdu. Çünki hökumət orqanları buna icazə vermir, bayramı açıq şəkildə qeyd etmək təklifi irəli sürən ziyalıları təqib edirdi. Təqib və təzyiqlərə baxmayaraq, azərbaycanlılar əsrlərdən qalmış ənənələrə sadiq qalaraq hər il Novruzu təmtəraqla qarşılayırdılar.


1967-ci ildə isə Novruz Azərbaycanda dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olundu. Onun təşəbbüskarı isə Azərbaycan Kommunist Partiyasının ideoloji məsələlər üzrə katibi, yazıçı-dramaturq, dəyərli vətənpərvər Şıxəli Qurbanov idi. Həmin il Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi. Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında heç kim belə bir cəsur addım atmamışdı. 


Bu addım milli təəsübkeş Şıxəli Qurbanova baha başa gəldi, elə 1967-ci ilin mayında o, müəmmalı şəkildə vəfat etdi. Heç şübhəsiz onu öldürdülər. Ondan sonra ta sovet imperiyası dağılanadək Novruz rəsmi səviyyədə qeyd olunmadı. 

Xalq ədət-ənənəsinə görə Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Torpaq çərşənbəsində evlərdə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni göyərmiş olur.


Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən «Kos-kosa» oyununu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.


Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Bahar qızı, Kosa və Keçəl Novruzun əsas atributlarıdır. 


Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da «s» hərfi ilə başlayan yeddi şey olmalıdır. Bura sumax, sirkə, süd, səməni, su, səbzi, «s» hərfi ilə başlayan xörəklər daxildir. Bunlardan başqa masanın üstünə içərisi qoz-fındıq, şabalıd, şirniyyatla dolu xonça qoyular güzgü və şamlar düzülər. Güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir. 


Ənənəyə görə bayram vaxtı hamı evdə olmalıdır. Xalq arasında deyirlər: «Əgər bayram günü öz evində olmasan, yeddi il evdə olmayacaqsan». 
Keçmişdə Novruz bayramı günləri bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, çünki sönmüş od, yanmayan işıq bədbəxtçilik əlaməti sayılardı. 


Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini (quru və ya yağıntılı),  məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü yaz, ikincini günün yay, üçüncünü günün payız, dördüncü gününü isə qış sayırlar. 


Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli həmin yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu. Novruzda həyət-bacanı təmizləyər, paltar-palazı təmiz suya çəkər, ağacların dibini belləyər, quru budaqlarını kəsib atar, bağların xəzəlini yığıb yandırır, təzə paltar geyinər, qəmgin oturmazlar. Küsülülər barışar, qohum-qardaşa qonaq gedərlər, söyüş söyməz, qiymət və qarğış etməzlər.


Azərbaycanda Novruz bayramı adətən martın 20-21-i qeyd edilir. 


Qeyd edildiyi kimi, Novruz bayramı türk-müsəlman dünyasında da təmtəraqla keçirilir. Bu bayramı farslar «Nouruz», özbəklər «Navruz», türkmənlər «Novruz», qazaxlar «Naurız», qırğızlar «Nooruz», türklər «Nevruz», Krım türkləri «Navrez» adlandırırlar. 
Hər bir xalq bu bayramla bağlı etnik, yerli milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm adətləri, mərasim nəğmələri yaradıb. Ümumilikdə, Novruz Azərbaycan, İran, Türkmənistan, Tacikistan, Özbəkistan , Pakistan , Qazaxıstan, Qırğızıstan, Türkiyədə xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Novruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd edilir.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, 2010-cu ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-də Bakı vaxtı ilə təxminən saat 21:32 radələrində baş verəcək. 

Bayramınız mübarək!



A.Qorxmaz

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Səttar Bəhlulzadənin çəkdiyi nadir şəkillər tapıldı   
20.11.2017, 11:40

Səttar Bəhlulzadənin çəkdiyi nadir şəkillər tapıldı  

Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat istəyir
20.11.2017, 11:30

Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verdi - 200 min təzminat istəyir

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib
20.11.2017, 11:28

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

İnzibati rəhbər vəzifələr üzrə imtahanın nəticələri açıqlandı
20.11.2017, 11:24

İnzibati rəhbər vəzifələr üzrə imtahanın nəticələri açıqlandı

Özünü Türkiyə vətəndaşı kimi təqdim edən dələduz tutuldu
20.11.2017, 11:22

Özünü Türkiyə vətəndaşı kimi təqdim edən dələduz tutuldu

Eyni mənzil bir neçə şəxsə satılır - Problemdən ÇIXIŞ YOLU
20.11.2017, 11:05

Eyni mənzil bir neçə şəxsə satılır - Problemdən ÇIXIŞ YOLU

Azərbaycanın qeyri-neft ixracı 1,219 milyard dollara çatıb
20.11.2017, 10:55

Azərbaycanın qeyri-neft ixracı 1,219 milyard dollara çatıb

20.11.2017, 10:45

"Kapital Bank" konvertasiya komissiyasını ləğv etdi

Qəlbən, ruhən bağlı olduğumuz partiya
20.11.2017, 10:43

Qəlbən, ruhən bağlı olduğumuz partiya

Bakı-Quba yolunda ağır QƏZA: ər-arvad ölüb
20.11.2017, 10:38

Bakı-Quba yolunda ağır QƏZA: ər-arvad ölüb

Mir Cəlalın yaradıcılığı Los Ancelesdə təqdim olunub
20.11.2017, 10:37

Mir Cəlalın yaradıcılığı Los Ancelesdə təqdim olunub

Əflatun Amaşov Dünya Mətbuat Şuraları sədrlərinin toplantısında - FOTOLAR  
20.11.2017, 10:33

Əflatun Amaşov Dünya Mətbuat Şuraları sədrlərinin toplantısında - FOTOLAR  

Eldar Quliyev: “Yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər” - MÜSAHİBƏ   
20.11.2017, 10:13

Eldar Quliyev: “Yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər” - MÜSAHİBƏ  

Ermənilər iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutdu
20.11.2017, 09:56

Ermənilər iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutdu

Məhərəmlik çıxdı   
20.11.2017, 09:56

Məhərəmlik çıxdı  

Yunanıstanın səfiri Bakı Ali Neft Məktəbində
20.11.2017, 09:51

Yunanıstanın səfiri Bakı Ali Neft Məktəbində

Bakıda bir gündə 15 uşaq əməliyyat edildi
20.11.2017, 09:31

Bakıda bir gündə 15 uşaq əməliyyat edildi

Artur Rasizadə Milli Məclisə dəvət olundu   
20.11.2017, 09:27

Artur Rasizadə Milli Məclisə dəvət olundu  

Doğuşda əkizlər öldü, ana komaya düşdü
20.11.2017, 09:01

Doğuşda əkizlər öldü, ana komaya düşdü

Meksika ilə sərhəddə ABŞ hərbçisi öldü
20.11.2017, 08:54

Meksika ilə sərhəddə ABŞ hərbçisi öldü

Tələbə qız özünü binadan atdı
20.11.2017, 08:01

Tələbə qız özünü binadan atdı

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
20.11.2017, 07:47

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

20.11.2017, 00:57

"Bu nə tərbiyəsizlik, nə əxlaqsızlıq?" - Deputatdan kəskin reaksiya

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib
20.11.2017, 00:34

Robert Muqabe xalqa müraciətində istefadan danışmadı - Yenilənib

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”
20.11.2017, 00:17

“Faiq Azərbaycan kişisinin namusuna düşən ləkədir”

26 ildir çözülməyən Qarakənd faciəsi...
20.11.2017, 00:01

26 ildir çözülməyən Qarakənd faciəsi...

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir
19.11.2017, 23:31

Avropa İttifaqı Ermənistandan Metsamor AES-i bağlamağı tələb edir

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı
19.11.2017, 23:12

Ərdoğanın mühafizəçiləri qəzaya düşdü: 4 yaralı

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi
19.11.2017, 22:56

Xərçəng diaqnozu qoyulan kral xəstəxanaya yerləşdirildi

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov
19.11.2017, 22:42

"Qarabağ münaqişəsinin həllində irəliləyişi təmin etməkdə maraqlıyıq" - Sergey Lavrov

Yol qəzasında sürücü gözlərini itirdi
19.11.2017, 22:22

Yol qəzasında sürücü gözlərini itirdi

İlham Əliyev: “Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”
19.11.2017, 22:06

İlham Əliyev: “Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”

Cəlilabadda bıçaqlanma
19.11.2017, 21:47

Cəlilabadda bıçaqlanma

Humanitar yardım almaq istəyən 15 nəfər öldü
19.11.2017, 21:17

Humanitar yardım almaq istəyən 15 nəfər öldü

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!
19.11.2017, 20:59

15 yaşında qıza elçi gedərkən, hara baxırdız?! Reytinq cədvəlinə?!

ARXİV