Modern.az

Lavrov ad gününü jurnalistlərlə qeyd etdi - FOTO

Lavrov ad gününü jurnalistlərlə qeyd etdi - FOTO

Aktual

21 Mart 2017, 13:14

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ad gününü təyyarədə qeyd edib.

Modern.az xəbər verir ki, bu haqda Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Facebook səhifəsində bildirib. O, Sergey Lavrovun Yaponiyadan Moskavaya qayıdarkən təyyarənin göyərtəsində çəkilmiş foroşəklini paylaşıb.

 "Lavrov ad gününü əla kampaniya ilə yerdən çox yüksəklikdə qeyd edir”, - Zaxarova bildirib.

 Şəkildə rusiyalı nazir jurnalistlərin əhatəsində dayanıb.

 

Martın 21-də Lavrovun 67 yaşı tamam olub. O, martın 20-21 mart Tokioda olub, burada Yaponiya və Rusiya XİN və müdafiə nazirlikləri başçılarının görüşündə iştirak edib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü