Modern.az

Böyük Britaniyadan qadağa...

Böyük Britaniyadan qadağa...

Dünya

21 Mart 2017, 20:26

ABŞ-ın ardınca Böyük Britaniya da təyyarə ilə uçan sərnişinlərə mobil telefondan böyük olan mobil qurğular aparmasına icazə verilməyə bilər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qadağanın Yaxın Şərq və Şimali Afrika ölkələrindəki beynəlxalq hava limanlarından uçan təyyarələrdə tətbiq ediləcəyi gözlənilir.

“The Daily Telegraph” yazır ki, Böyük Britaniya hökuməti son həftə ərzində bu qadağanın şansı formada tətbiqi iə  bağlı müzakirələr aparıb.

Qeyd edək ki, ABŞ artıq anoloji qərar qəbul edib. Elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa İstanbul da daxil olmaqla, Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü