Modern.az

Erməni xalqı Qarabağ klanından bezib, Azərbaycanla sülh istəyir

Erməni xalqı Qarabağ klanından bezib, Azərbaycanla sülh istəyir

25 Mart 2017, 15:12

Qarabağ müharibəsində atəşkəs rejiminin əldə olunmasından bəri keçən 23 il ərzində Ermənistan hakimiyyətindəki klanlararası savaş davam edir. Xüsusən, Qarabağ klanı və onun nümayəndələri bu savaşda aktivliyi ilə seçilir. Ermənistanın ikinci prezidenti Robert Koçaryan, hazrki prezident Serj Sarkisyan, baş nazir Karen Karapetyan və Baş Qərargah rəisi Movses Akopyan bu klanın üzvləridir.

 

 

Göründüyü kimi, keçmiş Azərbaycan vətəndaşları, Qarabağ erməniləri Yerevandakı hakimiyyəti faktiki olaraq əllərində saxlayır, bütün əsas postlarda yerləşirlər. Məhz bu faktor erməni əhalisinin narazılığını artırır. Onlar bütün regional iqtisadi layihələrdən kənarda qalmalarında, iqtisadi-siyasi blokada vəziyyətində regional autsayderə çevrilmələrində əsas günahı Qarabağ klanında görürlər. Sadə ermənilər Qarabağda təmas xəttində ölmək istəmir və YerevandakI hakim rejimi devirməyə çalışırlar. Təsadüfi deyil ki, demək olar hər gün Yerevanda əsgər anaları prezident iqamətgahının qarşısında aksiya keçirərək Sarkisyan rejiminin istefasını, övladlarının ölüm səbəbinin obyektiv araşdırılmasını tələb edirlər. Ehtimal olunur ki, düşmən ordusundakı ölüm hallarının əksəriyyəti hərc-mərclik və nizamnamədən kənar hərəkətlərin atılması ilə bağlıdır.

 

 

Ötən ilin aprel döyüşləri isə Ermənistan cəmiyyətini xüsusən, silkələdi. Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatları, işğal olunmuş torpaqların bir hissəsini azad etməsi təhlükəsizlik illüziyası içində yaşayan düşməndə soyuq duş effekti yaratdı. Birinic Qarabağ müharibəsi zamanı hədiyyə olunan qələbə Qarabağ klanında da arxayınlıq hissi yaratmışdı. Bu arxayınlıq o qədər böyük idi ki, aprel döyüşləri başlayan zaman Ermənistan Baş Qərargah rəisi Yuri Xaçaturov bilyard oynayıb və aldığı xəbərdən özünü itirib. Aprelin 5 günündə ölən erməni əsgərlərinin böyük əksəriyyətinin Ermənistandan olması və Qarabağa məcburi hərbi xidmətə yollanması da bu gün cəmiyyətdə qıcıq yaradan və Qarabağ klanına nifrət etməyə əsasən verən amillərdən sayılır.

 

 

Azərbaycan parlamentinin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev də ermıəni əhalsinin hakimiyyəti zəbt edən Qarabağ klanından azad olmağa çalışdığını deyib.

 

“Ermənistanda hakimiyyət Qarabağ klanını bir qrup üzvü tərəfdinə zəbt olunub. Ermənistan cəmiyyəti onlardan azad olmağa çalışır. Son günlər baş verən aksiyalar bunun göstəricisidr”.

 

 

Təsadüfi deyil ki, aprelin 2-də baş tutacaq parlament seçkilərində iştirak edən siyasi blokların bir qismi açıq şəkildə hakimiyyəti tənqid edərək Qarabağa məsələsində güzəştlərdən danışır. Birinici prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi “Erməni Milli Konqresi – Demokratik Ermənistan” bloku öz seçki platformalarında ölkənin inkişafı üçün Qarabağ münaqişəsinin mütləq şəkildə həll olunmasını önə sürür. Blok yalnız Türkiyə və Ermənistanla mehriban qonşuluq şəraitində inkişafın müşahidə olunacağnını deyirlər.

 

 

Qarşıdan gələn 2 aprel seçkiləri Ermənistan əhalisi üçün hakim rejimdən azad olmaq və onlardan hərbi cinayətlərə görə hesab soruşmaq üçün şans olacaq.

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü