Modern.az

Evinə basqın zamanı döyülən baş həkim öldü

Evinə basqın zamanı döyülən baş həkim öldü

Aktual

26 Mart 2017, 20:11

Lənkəranda Xolmili kəndində evinə basqın zamanı ağır xəsarət alan kənd ambulatoriyasının baş həkimi dünyasını dəyişib.  Modern.az APA-ya istinadən xəbər verir ki, ötən həftə 67 yaşlı Xolmili kənd sakini Səfərov Vahab Xalıq oğlu evində naməlum şəxs və ya şəxslərin basqınına məruz qalıb, küt alətlə başına zərbələr endirilib.

Yaxınları tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda klinikalardan birinə aparılıb. Həkimlərin səylərinə baxmayaraq, V. Səfərovun həyatını xilas etmək mümkün olmayıb. V. Səfərov bu gün dünyasını dəyişib və cənazəsi yaşadığı kəndə gətirilib. Mərhum bu gün kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırmalara başlanıb. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü