Modern.az

Deputatın qızının evini yarıblar? 

Deputatın qızının evini yarıblar? 

Aktual

27 Mart 2017, 16:48

Milli Məclisin deputatı Tahir Süleymanovun qızının evində oğurluq hadisənin baş verdiyi barədə bəzi mətbuat səhifələrində xəbər yayılıb. Xəbərdə deyilir ki, naməlum şəxslər deputat Tahir Süleymanovun qızının Şabran şəhərində yerləşən evindən külli miqdarda qızıl və müxtəlif növ zinət əşyaları aparıblar.

Modern.az saytı  deputat Tahir Süleymanovla əlaqə saxlayıb. Deputat saytımıza açıqlamasında deyib ki, yayılan xəbərlər yanlışdır.  

“Qızımla bir yerdə Şabran rayonunda yaşayırıq. Ayrı yaşamırıq ki! Bu gün günorta saat 2-də rayondan evə gəlmişəm. Bizim evdə heç bir oğurluq hadisəsi olmayıb. Yalandır. Belə yanlış xəbərləri nəyə görə yayırlar - heç bilmirəm”.

 

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü