Modern.az

Sabir Rüstəmxanlıdan etiraz: “ABŞ yəqin bunu yuxuda görüb”

Sabir Rüstəmxanlıdan etiraz: “ABŞ yəqin bunu yuxuda görüb”

Ölkə

12 Aprel 2011, 12:29

“Belə mövqe həmçinin partiya mənsubiyyətinə görə işsiz qalan, mitinqlərdə xəsarət alan  VHP-çilərə hörmətsizlikdir

ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair növbəti illik hesabatında yer almış “Milli Məclisdə yalnız bir müxalifət partiyası” var tezisi parlamentdə təmsil olunan digər siyasi partiyaları hiddətləndirib.
“Yeni Müsavat” qəzeti ABŞ səfirliyindən öyrənib ki, Departamentin nəzərdə tutduğu müxalifətçi Ümid partiyası və onun sədri İqbal Ağazadədir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında bununla bağlı ciddi şəkildə narazılığını ifadə edib. Departamentin hesabatına rişxənd edən deputat bildirib ki, “ABŞ yəqin ki, bunu yuxuda görüb”.
“Bu nə deməkdir? Bizim partiyanın 20 illik fəaliyyətini görmürlər?. Bu ABŞ-ın 18 ildir ərzində VHP fəaliyyətinə göstərdiyi hörmətsizlikdir. Belə mövqe həmçinin partiya mənsubiyyətinə görə, işsiz qalan, mitinqlərdə xəsarət alan  insanlara, VHP-nin paralment fəaliyətinə hörmətsizlikdir. Hesab edirəm ki partiyanın fəalyyətinə xalq münasibət bildirməlidir. Əgər kənardan buna qiymət vermək fikrinə düşblərsə, yanılırlar”.

Deputat qeyd edib ki, kənar ölkənin burada müxalifətçi müəyyən etməyə çalışması diplomatik etikaya ziddir.

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü