Modern.az

Ermənistan üç min rus əsgərini 2044-cü ilə qədər ölkədə saxlayacaq

Ermənistan üç min rus əsgərini 2044-cü ilə qədər ölkədə saxlayacaq

Təhsil

12 Aprel 2011, 14:33

Bu ölkənin parlamenti Rusiya hərbi bazaları barədə protokolu təsdiq edib

 

Ermənistan parlamenti Gümrüdə yerləşən Rusiyanın hərbi bazalarının müddətinin uzadılması barədə protokolu təsdiq edib. Modern.az “armtudey”-ə istinadən bildirir ki, sənədin lehinə 80, əleyhinə 1 nəfər səs verib. 1 nəfər isə bitərəf qalıb.
Qeyd edək ki, Rusiya və Ermənistan ötən ilin avqustunda Gümrüdəki hərbi bazaların müddətini 2044-cü ilə qədər uzadılması barədə razılığa gəliblər.

Ermənistanda rus hərbi bazası 1995-ci ildən burada yerləşir. Hazırda bazada 3,5 min hərbi qulluqçu xidmət edir.  

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır