Modern.az

Maliyyə Nazirliyi də müsabiqə elan etdi

Maliyyə Nazirliyi də müsabiqə elan etdi

Təhsil

12 Aprel 2011, 14:48

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünün təbliği sahəsində ən yaxşı videoçarx ssenari mətninin təqdim olunması ilə bağlı müsabiqə elan edib.

Müsabiqənin keçirilməsində əsas məqsəd işçilərin və işəgötürənlərin məlumatlandırılması və bu işə ictimaiyyət üzvlərinin də cəlb edilməsinin təmin olunmasıdır.

Bu barədə Modern.az saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

Müsabiqədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü ilə bağlı videoçarx üçün ssenari mətni yazmaq istəyən hər bir şəxs iştirak edə bilər.

Müsabiqənin əsas şərtləri aşağıdakılardır:

Təqdim olunan ssenari mətni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta qanunvericiliyinə uyğun olmalıdır, ssenari mətni 30 saniyəlik video çarx üçün nəzərdə tutulmalıdır (mümkün qədər qısa və lakonik olmalıdır), ssenari mətnində personajlar, əsas süjet xətti və dialoqlar (əgər varsa) aydın şəkildə göstərilməlidir.

Ssenari mətnləri 2011-ci il 11 may tarixədək rəsmi müraciətlə kağız daşıyıcıda Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 71, AZ 1022 ünvanı üzrə, yaxud  DSNX-nin aşağıdakı elektron poçt ünvanlarına təqdim olunmalıdır:

Mətnin təqdim olunması ilə bağlı istər yazılı, istərsə də elektron müraciətdə mətni təqdim edən (hazırlayan) şəxsin adı, atasının adı, soyadı, yaşadığı dəqiq ünvan və əlaqə telefon nömrələri göstərilməlidir.

Müsabiqənin qalibləri 3 nominasiya üzrə müəyyən olunacaqlar:

1-ci yerin sahibinə 500 manat, 2-ci yerin sahibinə 300 manat, 3-cü yerin sahibinə isə 200 manat pul mükafatı təqdim olunacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü