Modern.az

Tural Abbaslının BDU-ya bərpa olunmasını tələb edən bəyanat verildi

Tural Abbaslının BDU-ya bərpa olunmasını tələb edən bəyanat verildi

12 Aprel 2011, 15:06

Vətəndaş və İnkişaf Partiyasının (VİP) Gənclər Təşkilatı bəyanat verib. Bəyanatda Müsavat Partiyası Gənclər Təşkilatının sədri, 2 aprel aksiyası zamanı həbs olunmuş Tural Abbaslı əsassız səbəblərlə magistri olduğu Bakı Dövlət Universitetindən qovulmasına etiraz bildirlib.

“Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqlarını məhdudlaşdırmaq siyasətindən geri çəkilmək əvəzinə, mövqeyini daha da sərtləşdirməkdə davam edir. Hakimiyyət ölkədə normal siyasi fəaliyyət mühiti yaradılmasına dair davamlı çağırışlara əhəmiyyət verməyərək insanların sərbəst toplaşmaq və özünüifadə hüququnu tanımamaqda anlaşılmaz inadkarlıq göstərir.

Çox təəssüf ki, ictimai-siyasi fəallığı ilə seçilən gənclər hakimiyyətin bu arzuedilməz siyasətinin xüsusi hədəfinə çevriliblər. Son bir ay ərzində xeyli sayda gənc fəal bu və ya başqa formada təzyiqlərə məruz qalıb və həbs olunub. Bu günlərdə isə Müsavat Partiyası Gənclər Təşkilatının sədri, 2 aprel aksiyası zamanı həbs olunmuş Tural Abbaslı əsassız səbəblərlə magistri olduğu Bakı Dövlət Universitetindən (BDU) qovulub.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) Gənclər Təşkilatı T.Abbaslıya yönəlik bu qərarları qətiyyətlə pisləyir. VİP GT T.Abbaslıya qarşı yol verilən bu özbaşınalığa son qoyulmasını, onun həbsdən azad edilərək təhsil aldığı BDA-ya bərpa olunmasını tələb edir”. 

Modern.az    

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü