Modern.az

«Qarabağ - əsirlər və girovlar. Közərən xaç» filminin təqdimatı olacaq

«Qarabağ - əsirlər və girovlar. Közərən xaç» filminin təqdimatı olacaq

30 Mart 2017, 14:39

Sabah - martın 31-i saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində «Qarabağ - əsirlər və girovlar. Közərən xaç» sənədli filminin təqdimatı keçiriləcək.
Modern.az xəbər verir ki, Mətbuat Şurasının təşəbbüsü ilə düzənlənəcək tədbirdə kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri iştirak edəcəklər.

 

Qeyd edək ki, təqdimatı keçiriləcək sənədli filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur.

 

Adından göründüyü kimi, ekran işi Ermənistanın işğalı nəticəsində əsir götürülmüş həmvətənlərimizə həsr olunub. Filmdə konkret sənədlərdən, faktlardan, arxiv materiallarından istifadə edilib, şahid ifadələrinə yer verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü