Modern.az

CIA agentləri KİMLƏRDİR, onlar necə hazırlanır? – MARAQLI

CIA agentləri KİMLƏRDİR, onlar necə hazırlanır? – MARAQLI

Ölkə

14 Aprel 2017, 00:07

Dünyanın ictimai-siyasi prosesləri, iqtisadi-diplomatik münasibətləri  təbii şərtlər daxilində öz axarı ilə gedir. Ancaq bu axara böyük güclər, da yön verir – şübhəsiz ki, xüsusi xidmət orqanlarının da gedişatı öz cizgisindən çıxarmaq üçün strateji planları olur.

 

Hədəflərə çatmaq üçünsə məxfi planların strateqləri ilə yanaşı icraçıların peşəkarlığı da çox önəmlidir. İcraçılar isə bəllidir – agentlər.

 

Modern.az Qərb mənbələrinə istinadən dünyanın ən güclü xüsusi xidmət orqanı olan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti olmaq üçün tələb olunan kriteriyalardan bəhs edəcək.

 

CIA və Ceyms Bond...

 

Əgər siz ağıllısınızsa, iş təcrübəniz varsa, öz ölkənizə (ABŞ) xidmət etməyi düşünürsünüzsə, qarşınızda CIA agenti olmaq kimi bir perspektiv açılır. Əgər CİA əməkdaşı olmağa həvəslinizsə - mənbələrin birində belə yazılır.

Bununla yanaşı, eyni keyfiyyətlər CIA-nin xarici ölkələrdəki yerli agentlərinə aiddir – bunun üçünsə təbii ki, ABŞ vətəndaşı olmaq şərt deyil.

 

“CIA agentləri cəbhə xəttində qiymətli kəşfiyyat məlumatları toplayarkən öz həyatlarını riskə atırlar – bu, filmlərdə də təsvir edilib. Lakin CIA-nin casusları film qəhrəmanı Ceyms Bond kimi diqqət mərkəzində olmurlar. Onlar orta səviyyəli əməkdaşlardır”-bunu CIA-nin keçmiş zabiti Lindsay Moran deyir.

 

“Təlimlər ona fokuslanır ki, insanları casusluq fəaliyyətinin necə yaxşı olmasına inandırmaq mümkündür. Bu, sadə psixologiyadır. Operativlik CIA-nin psixoloji bazasıdır. CIA-nin təlimlərində insanları operativ araşdırmaq qabiliyyəti, bunun əsasında onlara ideya satmaq bacarıqları öyrədilir”-deyə Moran əlavə edir.

CIA-nin sabiq əməkdaşı daha sonra izah edir:

 

“Bizdə kurslar var idi, bunlar, yalnız müşahidələrin itiliyi, nəyinsə aşkar edilməsi vərdişlərinin artırılması üçün idi. Onlar fəndlər öyrədirdilər – məsələn  qəfil sol əllərini çevirirlər və siz o tərəfə çevriləndə orada avtomobil görürsünüz. Bu təlim nə üçündür? Siz yoxlayırlar ki, görək eyni anda insanları və bir neçə təchizatı  müşahidə edə bilirsinizmi! İdeal müşahidə vacibdir, bununla siz izlənib-izlənmədiyinizi də asan sezə bilərsiniz”.

 

Başa düşmək lazımdır ki, insanları CIA-da karyera qurmazdan öncə hansı yolları axtarırlar. CIA-yə casusluq etmək üçün bəzilərində böyük həvəs yarana bilər – necə olmasa insan bir anlıq özünün kino qəhrəmanları kimi hiss edəcək axı!

 

Lakin bunlar üzdə görünən texniki göstəricilərdir. Unutmaq  olmaz ki, CIA əməkdaşlarının əksəriyyəti həm də dərin analitik təfəkkürə, dil bilmə qabiliyyətinə sahibdir – onlar eyni zamanda elmi və texnoloji bilikləri də mənimsəyiblər.  Buna görə də, böyük əksəriyyət məhz elm, mühəndislik, texnologiya sahələrində çalışırlar.

 

Əgər kimsə CIA ailəsinin bir üzvü olmağa hazırlaşırsa, digərlərinə münasibətdə loyal və ünsiyyətcil olmalıdır.

 

Əslində, ilk baxışda hər şey sadə görünə bilər, amma bu, qətiyyən belə deyil. Dünyanın bu nəhəng xüsusi xidmət orqanının “Ceyms Bond”u olmaq istəyən şəxs CIA haqqında hər şeyi oxumalı, əhatəli məlumatı olmalıdır. Lakin CIA casusu kimi fəaliyyət göstərmək üçün bütün bunlar da kifayət deyil.

 

Eyni zamanda casus filmlərinə, televiziya verilişlərinə də diqqətlə baxmalıdır və oradakı epizodları təhlil edib özündə nəzəri vərdişləri formalaşdırmalıdır.

 

Agent, qumar və kredit borcu

 

Məhkumluğu olanlar, ABŞ maraqları əleyhinə hər hansı aksiyalarda iştirak edən  şəxslər CIA agenti ola bilməzlər.

Dünyanın nəhəng məxfi qurumu hər hansı kimsəni əməkdaş kimi cəlb etmək istəyirsə, başqa fiziki göstəricilərə də önəm verir. Məsələn, yoxlanış prosesinin 12 ayı ərzində CIA ailəsinə qoşulmaq istəyən namizəd dərman qəbul etməməlidir. Xüsusilə qadağan olunmuş preparatlar və narkotik maddələrin istifadəsindən söhbət belə gedə bilməz.

 

Əlavə olaraq, CIA şəbəkəsinin üzvlüyü üçün müraciət edən adam maliyyə cəhətdən də sağlam olmalıdır. Bu, o mənaya gəlir ki, həmin şəxsin rekord məbləğdə kredit borcu olmamalı, qumar oynamamalı, müflisləşmiş biri olmamalıdır. O başqa məsələ ki, agent olandan sonra qumar oynamaq zərurəti yaranarsa, situasiyadan çıxmaq üçün casus bunu etməlidir.

 

Hər bir xüsusi xidmət orqanı istəyir ki, əməkdaşlığa cəlb etdiyi şəxs maliyyə idarəetməsi bacarıqlarına yiyələnmiş biri olsun. Və bununla paralel rüşvətə açıq biri olmasın. Şəxsi həyatında da stress yaşamamalıdır.

Etibarlı, güvən qazanmış biri olmaqla yanaşı, CIA əməkdaşının ən azından bakalavr dərəcəsi də olmalıdır.

 

Bununla yanaşı, psixologiya, sosiologiya, riyaziyyatı bilməli və analitik təfəkkürə malik olmalı, əcnəbi dilləri öyrənməlidir (xüsusilə rus, ərəb). Dünyanın qaynar bölgələri haqqında təsəvvürləri olmalıdır.

Diqqət çəkən digər məqam isə bundan ibarətdir ki, CIA əməkdaşları qaynar bölgələrdə çox vaxt saxta adlardan istifadə edirlər.

 

Özünü kəşf etmək

 

Mərkəzi Kəşfiyyat İdarəsinin eks-zabiti, xanım J.C. Karlesonun “Casus kimi işləmək: keçmiş CIA əməkdaşının biznes məsləhətləri” adlı kitabında yazıb ki,  agentlər digər insanların zəifliklərini bilməlidir.

 

Xanım Karlesonun fikrincə, CIA agentləri üçün qoyulan tələblərdən biri də budur ki, fikirlərinin hamısını paylaşmasınlar.

“Eyni zamanda casus olacaq şəxs özünün şəxsi çatışmazlıqlarını, zəifliklərini də analiz etməlidir”-deyə Karleson qeyd edir.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” kimi fəaliyyət göstərən təşkilatlar da var. Məsələn, nüfuzlu “Stratfor” Qlobal Analitik Şirkəti kimi. Bu analitik mərkəz dünyadakı hərbi-siyasi vəziyyəti analiz edir və hesabatlar yayımlayır. Ya da CIA-nin Corc Buş Mərkəzinin özünün şəxsi ərzaq anbarı, fitness mərkəzi, bağları, gəzinti yerləri, firma mağazaları, fəaliyyət klubları var.

 

Aqşin KƏRİMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı