27 iyun 2017, Çərşənbə
Ana Səhifə - İQTİSADİYYAT - Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA  
Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA  
15.04.2017, 13:00

“Azərbaycanda dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir”.

 

Bu haqda Modern.az-a məlumat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım müşahidə edilir:

 

“2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30 faiz arasında dəyişir”.

 

R.Osmanlı Azərbayacana idxal olunan avtomobillərin sayının kəskin azaldığını bildirib:

“2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ilin göstəricilərilə müqayisədə isə indiki idxal 5-6 dəfə aşağıdır. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib. Bu səbəbdən də qiymətlər artıb”.

 

O qeyd edib ki, baş verənlərin fonunda əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb:

 

“Əvvəlki illərlə müqayisədə avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80 faizini minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”.

 

Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə 1  136  983 minik avtomobili var.

 

Qeyd edək ki, ölkədə olan minik avtomobillərindən ilk beşliyi aşağıdakı kimi sıralanır.

 

1. “Mercedes”  193366 ədəd

2. “Hyundai”    62145 ədəd

3. “Toyota”       47282 ədəd

4. “Nissan”        32674 ədəd

5. “KİA”            31202 ədəd

 

Qiyməti 100 000 dollardan yuxarı olan avtomobillərdən Azərbaycanda 5484 Landrover, 324 Cadillac, 242 Jaguar, 104 Lincoln, 3 Chrysler avtomobili var.

 

Bundan başqa ölkəmizdə hələ də sovet dövrünün istehsalı olan avtomobillərə üstünlük verənlər də az deyil. Belə ki, hazırda Azərbaycanda 200 777 ədəd Vaz-2101, 03-06; 127 811 Vaz-2105, 2107;  26 440 Qaz-24;  25 170 Moskviç ; 5 944 Zaporojests var.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.06.2017, 22:54

Marketinqin yeni hiyləsi - “Stress çarxları” həqiqətənmi, müalicəvidir?  

27.06.2017, 22:08

Prezident bir gündə 30 toy və 20 sünnətdə iştirak edib

27.06.2017, 21:25

Türkiyə daha 3 şəhid verdi  

27.06.2017, 21:20

Qəzada ölənlərin kimliyi bilindi: biri şirkət rəhbəri, digəri TV əməkdaşı - YENİLƏNİB

27.06.2017, 21:00

Bu 12 əlamət sizdə varsa, HƏKİMƏ MÜRACİƏT EDİN

27.06.2017, 20:58

“Tam məxfi” qrifli qovluğun açılması ilə Stalinin kokaindən istifadə etməsi təsdiqlənib... - MARAQLI  

27.06.2017, 20:52

Kim ki yüz il yaşamırsa... - Daxili orqanları cavan saxlayan HƏYAT CÖVHƏRİ

27.06.2017, 20:49

Azərbaycan səfiri etimadnaməsini Braziliya Prezidentinə təqdim edib 

27.06.2017, 20:25

Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib

27.06.2017, 20:18

İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb

27.06.2017, 20:00

İcra başçısı ön xəttədki hərbi hissəyə sovqat apardı

27.06.2017, 18:11

Mehriban Əliyeva “Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib”

27.06.2017, 18:03

Birinci vitse-prezident köçkün ailələrinə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

27.06.2017, 17:53

TAP-ın rəhbəri dəyişib

27.06.2017, 17:49

Gürcüstan prezidenti Poroşenkodan Saakaşvilinin geri qaytarılmasını istəməyəcək

27.06.2017, 17:35

Goranboy sakinini ilan sancıb

27.06.2017, 17:22

"Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə öz dəyərli töhfəsini verəcək"

27.06.2017, 17:16

Polşa prezidenti: " Azərbaycanla Polşa arasında birbaşa dəmir yolu xətti yaradılmasını çox istərdik"

27.06.2017, 17:06

Saatlı və Kürdəmirdə yanğın

27.06.2017, 16:50

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olundu

27.06.2017, 16:33

Ermənistan hərbi rəhbərliyinin nitqi niyə tutuldu...  

27.06.2017, 16:13

Azərbaycan və Polşa Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

27.06.2017, 16:05

İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət etdi

27.06.2017, 16:02

Evə basqın edib ana və qızını bıçaqlayan şəxs tutuldu

27.06.2017, 15:10

Azərbaycan-Polşa sənədləri imzalanıb 

27.06.2017, 14:19

Ağcabədi sakini əməliyyat masasında öldü  

27.06.2017, 14:14

Qəndab Quliyeva dəfn olundu

27.06.2017, 14:06

Azərbaycan nefti cüzi bahalaşdı

27.06.2017, 14:00

“İş adamlarına səslənirəm, Xocalı soyqırımını Danimarka parlamentinin müzakirəsinə çıxarmaq istəyirik” – MÜSAHİBƏ

27.06.2017, 13:43

Bakıda 32 eldar şamını kəsdilər - nazirlik polisə müraciət etdi

27.06.2017, 13:41

İlham Əliyev və Andjey Duda bir-birinə hədiyyələr verdilər

27.06.2017, 13:06

Sabahın havası - Bakıda 34 dərəcə isti olacaq

27.06.2017, 13:01

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü oldu

27.06.2017, 12:58

Ötən gün Azərbaycanda baş verən yol qəzalarının statistikası...

27.06.2017, 12:35

İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(14.2%)
- Dənizə gedə bilmirik(17.4%)
- Səhhətimizə mənfi təsir edir(20.6%)
- Əhvalım xoşallanır(12.6%)
- Məhsul qıtlığı yaranır(12.6%)
- Təsərrüfatıma ziyan dəyir(3.17%)
Yağış, dolu ruzi-bıərəkətdir(19.0%)