27 aprel 2017, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT -  Dilənən talelər
 Dilənən talelər
15.04.2017, 16:46

Azad Müzəffərli

HEKAYƏ

 

Dilənçilər bit-birə kimi Bakını basmışdılar. Yeni Yasamalda da yolçular barmaqla saya gələsi deyildilər. Onların colma-cocuqluları lap adamı zara gətirirdilər. Dilənənlərin əksəriyyəti qadınlardı. Yolçuların arasındakı məsafə 100-150 metrdən çox olmazdı. Sanki, kimsə onları şüurlu surətdə belə bölüşdürmüşdü. Dilənən qadınlardan biri rus idi. Yaşı 70-i ötmüşdü. Başını qaldırmasa da, kimsədən əl açıb dilənməsə də “strateji” mövqe tutmuşdu. Yanbayan yerləşən doqquz mərtəbəli yaşayış binalarından birinin küncünə qısılmışdı. Üzbəüz tərəfdə market yerləşirdi. Bankomat da 10-15 metrlikdəydi. Ətrafda bütün gün ərzində tünlükdü. Həmin qadın oturanda altına ikiqat karton döşəyərdi. Varı-yoxu bir əlini daim üzərində saxladığı bazar boxçasındaydı.

 

Yaxınlıqda yaşayan dostugilin məhəlləsindəki çayxanaya tez-tez gedib-gələn Mürvət yolboyu kimsəyə aman verməyən dilənçilərin qırımına yaxşı bələddi. İstər qaraçılar, istərsə də digər yolçular adamın üzünün suyunu tökürdülər. Bəzilərinə imkan versəydin, utanıb-qızarmadan lap əl salıb cibinə də girərdilər. Dilənçilərdən marketlərin doqqazını kəsdirənlər də vardı. Maraqlı idi, kimsə onlara gözünün üstə qaşın var demirdi. Nə obyekt sahiblərindən, nə də qanun keşikçilərindən səs çıxmırdı. Küncə qısılan rus dilənçi qadınsa sanki lal-kardı. Yalnız ona sədəqə verəndə azərbaycanca “sağ ol” deməyi unutmazdı.Rus şovinizmi ilə qətiyyən barışmayan Mürvət çox vaxt həmin qadının yanından ötəndə bədahətən əlini cibinə aparardı. Bunun nədən qaynaqlandığı onun özü üçün də müşkül məsələydi. Fikir vermişdi, ətrafdakı dilənçilərdən təkcə bu qadının əlində xırda pulla yanaşı manatlıqlar da gözə çarpardı. İndi it günündə olsa da, vaxtilə bu canıyanmışın gözəlliyi ilə kişilərə dağ çəkdiyi ilk baxışdanca sezilirdi. Onun qəribə aurası vardı. Çöhrəsində bir romana yetəcək qədər cizgilər sıralanmışdı. Həmişə səssiz-səmirsizdi, cınqırı belə çıxmazdı. Gözlərini daim yerdəki eyni nöqtəyə zilləyərdi. İlk baxışdan adama elə gəlirdi, o, canlı meyitdi.

 

Kişilərin əməlli-başlı “tərləyən” günüydü. Martın 8-i. Mürvət də mənəvi borcundan bacardıqca çıxmışdı. Qaş qaralmaq üzrəydi. Artıq evdəydi. Yeni Yasamalda yaşayan dostunun qonaqlıq təklifi ürəyincə oldu. Çöl-bayırlıq libasını əyninə keçirib həmişəki kimi payi-piyada yola düzəldi. Dostugilə qədər 10-15 dəqiqəlik məsafə vardı. Öz “post”larında cövlan edən dilənçilərin “məhsul yığımı” səngimirdi. Qadın yolçular lap dilli-dilavər olmuşdular, ətrafdan ötənlərin başının üstünü dərhal kəsdirirdilr. Bəzi çoxbilmişlər  isə “Sən sevgilinin canı”, “Sən istədiyinin canı” deyə yaxınlıqdan ötənlərin əməlli-başlı üzünə dururdular.  Mürvət yolboyu rast gəldiyi qadın dilənçilərin heç birini sındırmadı, “Bayramınız mübarək!!!” deyərək qulpundan çıxanı onlara hədiyyə elədi. Xırda pula dodaq büzənlər saymazyana baxışla onu süzürdülər. Ağızucu “Sağ ol” deyənlər də tapılırdı. Nisbətən özünü babat aparanlara manatlıq da verirdi. Növbə rus qadına yetişəndə Mürvətin əlinə beşlik dəydi. Yenə də, nədənsə, bu onun ürəyincə oldu. Həssaslıqla beş manatlığı rus dilənçiyə uzadıb “S prazdnikom!!!” deyə onu təbrik etdi. Sinədolusu bu kəlmələrdən “Nataşa” sanki diksindi, çöhrəsi bir andaca çiçəyə bələndi, gözlərində yaş tumurcuqlandı. Qəhərini boğa bilməsə də, rus ləhcəsində, amma təmiz azərbaycanca “ Çox sağ olun, siz türklər tamam başqasınız!!!” deməyi də unutmadı. Həmişəki kimi başını aşağı salıb nəzərlərini eyni nöqtəyə zillədi. Yenə də “lal-kar” oldu

Bu mənzərədən yamanca təsirlənən Mürvət yolun o biri üzünə keçərkən tanışları ilə rastlaşdı. Tezcə özünü onların arasına verib söhbətləşə-söhbətləşə sezdirmədən rus qadına da göz qoydu. Maraq onu götürmüşdü. Daş heykələ dönən “Nataşa” azca keçmiş ehmallıca boxçasından iki şəkil çıxardı. Dodaqlarını məsum baxışları ilə süzdüyü fotolara dayadı. Bu vəziyyət xeyli sürdü. Bir qədər sonra Mürvət “Nataşa”nın marketə sarı gəldiyini duyub cəld tanışlarından ayrıldı. Maraq onu götürdüyündən qadını mağazaya girənə qədər seyr etdi. Fikirləşdi ki, yəqin acdı, yeməli nəsə alacaq. “Nataşa”nın marketin qarşısındakı dilənçiyə kağız pul uzatması da diqqətindən yayınmadı. Yəqinki, manatlıqdı. Rus qadının bu məramı Mürvətin onsuz da bayaqdan bəri sakitlik bilməyən iç dünyasını bir qədər də təlatümə gətirdi. Gördükləri yolboyunca  ona sakitlik vermirdi.

Dostu ilə məclisləri ürəyincə alındı. Xeyli yeyib-içdilər, qadınların, doğmalarının şərəfinə ürəklərini boşaltdılar.

 

Kefi saz olsa da, “Nataşa”nın bir qədər əvvəl yaşadıqlarını anlamaq istəyi Mürvətə sakitlik vermirdi ki, vermirdi. İlk dəfə idi, bu qədər “canlı” bir dilənçi ilə qarşılamışdı?!. Dilənçinin ikicə kəlməlik adicə təbrikdən bu qədər təsirlənməsinə ömründə birinci dəfəydi rast gəlirdi!?. Elə, götürək, bu gün sədəqə verdiyi digər dilənçiləri. Onların heç olmasa bircəciyi belə Mürvətin təbrik kəlmələrinə cıqqa qədər də olsun reaksiya vermədi?!. Düşüncələri Mürvəti sakit buraxmırdı... Görəsən, o, nə şəkilləri idi elə!?. Nəydi, “Nataşa”nı bu qədər yerindən oynadan!?.

 

Axşamdı, hava xeyli vaxtdı qaralmışdı. Evlərinə dönərkən  də daxili çırpıntıları ona sakitlik vermirdi. Nədənsə, o, “Nataşa”nın yaşantılarından mümkün qədər hali olmaq istəyirdi. Ürəyinə gəldi ki, bəlkə, həmin dilənçi hələ də yerindən tərpənməyib. Bir müddət gözlərinə inanmasa da, zənnində yanılmamışdı. Rus qadın, elə bil,  diləndiyi nöqtəyə mıxlanmışdı. Yaxınlaşanda gördü ki, o, başını divara dirəyərək dərin yuxuya gedib. Bayaq boxçasından çıxardığı şəkilləri də var gücü ilə köksünə sıxmışdı. Mürvət özündə deyildi. Mərifəti imkan vermirdi. Yoxsa, bir andaca, qadının əlindəki şəkilləri qoparıb gözlərinə soxar, heç olmasa, bu müəmmanın açarını tapmağa cəhd göstərərdi. Həmin məqamda diqqətini qadının yanındakı ağzıaçıq 250 qramlıq araq şüşəsi, yarımçıq soyutma kartof və duza qoyulmuş xiyar topası çəkdi. Şahidi olduğu səhnədən nitqi qurudu. Özüylə bacarmadı. Qadının sinəsinə sıxdığı şəkilləri ehtiyatla əlinə aldı. Şəkillərdən biri ağ-qara rəngdəydi. Bu şəkildə “Nataşa”nın toyundakı “Горько, горько, горько!!!» məqamı əksini tapmışdı. Digər şəkilsə rəngliydi. Qəbirstanlıqda çəkilmişdi. Nataşanın lal-dillənməz nəzərləri məzara dikilmişdi. Yəqinki, həyat yoldaşının qəbriydi. Mürvət matdım-matdım şəkillərə tamaşa elədi. Gördüklərindən, təkcə, bircə şey onun üçün aydındı;  “Nataşa” göbəyi Azərbaycanda kəsilən ruslardandı.

 

Mürvət dərhal yaxınlıqdakı gül mağazasına sarı götürüldü. Çaş-başdı. Şəkilləri də özüylə gətirmişdi. Onu soyuq tər basdı. Sanki, günahının yuyulması mümkün olmayan oğurluq eləmişdi. Tezcə şəkilləri üzbəüz çevirdi ki, kimsə görməsin. Nəfis bir gül dəstəsi bağlatdırdı. “Nataşa” birdən ayılar deyə qaranəfəsə özünü ona çatdırdı. Şəkilləri və gül dəstəsini onun köksü üzərində tarazlayıb qadının qollarını çarpaz şəkildə əvvəlki təkin qaydasına saldı. Onun qımıldandığını duyunca hövlnak götürüldü. Arada bircə dəfə qanrılıb geri baxdı. İçkili vəziyyətdəki “Nataşa” tez-tez gözlərini ovxalayırdı, hələ də röyada olub-olmadığını axıra qədər kəsdirə bilmirdi.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.04.2017, 01:22

Putin Trampla mayda görüşə bilər – Gizli danışıqlar aparılır

27.04.2017, 01:01

Lənkərandakı qəzada ölənlərin kimliyi bilindi, Yenilənib

27.04.2017, 00:44

Ukrayna  Prokurorluğu Azərbaycan şirkətləri barədə...    

27.04.2017, 00:29

Rusiyada 12 terrorçu saxlanıldı

27.04.2017, 00:14

Tailandda qasırğa xəbərdarlığı

26.04.2017, 23:46

İran Pakistan sərhədində silahlı toqquşma: 10 ölü

26.04.2017, 23:31

Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır - VİDEO

26.04.2017, 23:23

Gəncədə kütləvi dava: 2 nəfər bıçaqlandı

26.04.2017, 23:16

NASA-dan önəmli AÇIQLAMA: “Fundamental kəşfin astasasındayıq”

26.04.2017, 23:10

Dünya çempionatında videotəkrardan istifadə ediləcək

26.04.2017, 22:57

Daha 19 PKK terrorçusu zərərsizləşdirilib

26.04.2017, 22:42

Qoca yaşda yenidən aşiq olan məşhurlar - MARAQLI    

26.04.2017, 22:40

Avropada qızılca epidemiyası - Xəbərdarlıq

26.04.2017, 22:24

Lerikə iki gündür qar yağır

26.04.2017, 22:12

Türkiyədə rusiyalı generalın 140 illik məzarı tapılıb

26.04.2017, 22:06

İŞİD-lə Əl-Qaidə-nin FƏRQİ

26.04.2017, 21:53

Paytaxtda yeni salınan yolla bağlı məsələyə aydınlıq gətirildi - VİDEO

26.04.2017, 21:37

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib

26.04.2017, 21:26

Azərbaycanda bu saytlara giriş qadağan olunur

26.04.2017, 21:11

Səfirlik açılan cinayət işindən xəbərsizdir

26.04.2017, 20:58

Həbsxanada dustaqlar arasında kütləvi dava: 12 ölü

26.04.2017, 20:43

Gəncə sakini qatarın altında qalıb

26.04.2017, 20:29

Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur

26.04.2017, 20:14

Rusiyadan alınan müasir hərbi texnika ölkəmizə gətirildi - VİDEO

26.04.2017, 20:01

"Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi öhdəliklərinə sadiqdir" - Fransa XİN rəsmisi

26.04.2017, 19:30

"Abşeron" Gənclər Şəhərciyinə təbii qaz verilişi dayandırıldı - ETİRAZ

26.04.2017, 18:53

Azərbaycanda Turizm Reyestrinin aparılma qaydası hazırlanacaq

26.04.2017, 18:48

Bakıda imtahanlarda məzunların 8,51 %-i Ana dilindən “2” alıb

26.04.2017, 18:44

Azərbaycanda ən yaxşı məktəblərin adı açıqlandı - SİYAHI

26.04.2017, 18:25

Fransa bankları TAP-ı maliyyələşdirmək istəyir

26.04.2017, 18:17

Prezident Niderland kralını və CAR prezidentini təbrik edib

26.04.2017, 18:08

İŞİD sıralarında 4,5 min MDB vətəndaşı vuruşdu

26.04.2017, 18:00

ADU-da SABAH qruplarına seçimlə bağlı görüş keçirilib

26.04.2017, 17:51

Çernobıl faciəsi bu gün də davam edir - Faciənin 31-ci ili

26.04.2017, 17:50

Azərbaycanla Avropa İttifaqı arasında rəsmi danışıqlar prosesi BAŞLAYIR

ARXİV