24 oktyabr 2017, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Azərbaycanda canavarların vurulması niyə qadağan edildi...
Azərbaycanda canavarların vurulması niyə qadağan edildi...
19.04.2017, 08:58

Son vaxtlar Azərbaycanın ayrı-ayrı bölgələrində canavarların insanlara və onların şəxsi təsərrüfatlarına hücum etməsi barədə mütəmadi olaraq məlumatlara rast gəlirik. Bölgə sakinlərinin vəhşi heyvanların hücumuna məruz qalması yırtıcıların tələf olunması ilə nəticələnir. Qanunvericilik canavarların vurulmasını yasaq etsə də, özünümüdafiə mexanizmi daha təsirli rol oynayır.

Sovet dövründə isə bir canavarın vurulması ovçunun mükafalandırılması məsələsini gündəmə gətirirdi. Canavar ovçuları kəndlərin ən cəsarətli adamı hesab olunurdu. İndi isə belə ənənələrə rast gəlinmir.

Modern.az saytı məsələnin aktuallığını nəzərə alaraq, canavarlar mövzusunu gündəmə gətirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev saytımıza açıqlamasında deyib ki, qanunla canavar ovu yasaqdır.

Canavarlar “təbiətin sanitarıdır”

Raquf Mirzəyev deyir ki. “Ovçuluq haqqında” qanuna əsasən Azərbaycan ərazisində ov edilməsi mövcud qanunvericiliklə tənzimlənir.

“Ov mövsümümün açılması, bağlanması, ov qaydalarına görə, hansı heyvanların vurulması  haqqında elanı yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir. Həmin mövsümlərdə hansı quşların, heyvanların ovlanmasının müddəti və sayı göstərilir. Bu da nazirlik tərəfindən icazə verilən  şənbə-bazar günləri müəyyən edilmiş yerlərdə mümkün olur. Birmənalı olaraq canavar ovu qadağandır. Ona görə ki, canavar “təbiətin sanitarıdır”. Canavarların həyətyanı sahələrə hücumu onların sayının həddindən çox olması anlamına gəlməməlidir. Ov mövsümü açılmazdan qabaq heyvanların vurulması müddətinin müəyyyənləşməsi nazirliyin nəzdində fəaliyyət göstərən şura tərəfindən və Milli Elmlər Akademiyasının Zoologiya institutunun mütəxəssisləri tərəfindən müəyyənləşdirilr. Rəy nəzərə alınmaqla ov mövsümünün açıq elan olunması ilə birgə sayının və normalarının müddəti müəyyənləşdirilir”.


Canavar təhlükəsi hiss olunarsa nə etməli?

Nazirlik rəsmisi canavarların ovlanması ilə bağlı istisnalardan da danışıb:

“Təbii, canavarların vurulması ilə bağlı  istisnalar da mövcuddur. Canavarların hər hansı bir insan həyatına, təsərrüfatına təhlükə törətməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər ərazidə  şöbələrinin olması ilə müəyyənləşir. Dərhal həmin  şöbələrə müraciət olunmalıdır. Müraciət olunduqdan sonra şöbələr tərəfindən xüsusi qruplar yaradılaraq yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, baytarlıq xidmətinin nümayəndələri tərəfindən həvəskar ovçular cəlb edilir. Canavar təhlükəsi olan yerdə xüsusi vasitələrlə, hürküdülməklə heyvanların oradan uzaqlaşdırılması prosesi həyata keçirilir”.

Canavar ovuna görə verilən mükafatlar...

Raquf Mirzəyev deyir ki, günümüzdə canavarların vurulmasına görə hər hansı mükafatın verilməsinə ehtiyac yoxdur:

“Sovet hökuməti dövründə canavarı vurub dərisini, başını gətirib təhvil verən  adama mükafat verirdilər. İndi isə canavarların vurulması Beynəlxalq Konvensiya ilə tənnzimlənir. Canavar ovu Azərbaycanda  qadağandır. Bu, qanun pozuntusu hesab olunur. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, canavar ovuna görə cərimənin məbləğ 2000 manatdan yüksəkdir. Nəinki canavar ovu edənlər, digər  heyvan növlərinin ovlanmasını qanunsuz həyata keçirənlərə qarşı cəzalar sərtdir. Cari ilin 3 ayı ərzində aparılan araşdırmalar əsasən 65 nəfərə yaxın şəxs qanun pozuntusuna görə saxlanılıb. Qanunvericiliyə uyğun qaydada tədbirlər görülüb. Ov tüfəngi, 147 patron, 15 ədəd  qanunsuz ovlanmış quş və heyvan götürülərək həmin şəxslər məsuliyyətə cəlb edilib. Həmin şəxslərdən 6 nəfəri inzibati qaydada  cərimələnib. 9 nəfərin şəxsiyyətini müəyyənlışdirmək üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Şəxsiyyətləri müəyyənləşəndən sonra onlar barəsində də qanunverici qaydada tədbilər görüləcək”.

Canavar təhlükəsi niyə artır?

Canavarların sayının çox, yaxud da az olmasına gəlincə, R.Mirzəyev deyib ki, Azərbaycanda canavarların sayı o qədər də çox deyil.

“Ona görə də kimlərsə canavarların çox olması barədə danışırlar. Reallığı deyim ki, əvvəllər yaşayış məskənləri meşələrdən, qamışlıq sahələrindən çox-çox uzaq məsafədə salınırdı. İndi isə yaşayış məntəqələrinin sayı o qədər artıb ki, heyvanların məskunlaşdığı müəyyən yerlərə yaxınlaşıb. Təbii ki, bunun təhlükəli olması istisna deyil. Reallığı da nəzərə almaq lazımdır. Həm də canavarların sayı o qədər də çox deyil ki onların sayının tənzimlənməsi üçün icazə verilsin”.

 

 

Namidə BİNGÖL

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb
24.10.2017, 00:57

Ermənistanda rusiyalı əsgər xidmət yoldaşını öldürüb

Bərdənin su təchizatında problem yarandı
24.10.2017, 00:43

Bərdənin su təchizatında problem yarandı

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video
24.10.2017, 00:17

Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır - Video

İlin ən yaxşı məşqçisi Zidan oldu
24.10.2017, 00:01

İlin ən yaxşı məşqçisi Zidan oldu

Gürcüstanda azərbaycanlı qətlə yetirildi
23.10.2017, 23:46

Gürcüstanda azərbaycanlı qətlə yetirildi

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək
23.10.2017, 23:26

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir
23.10.2017, 23:07

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri istefa verir

Yağın ardınca pendir də bahalaşdı - VİDEO
23.10.2017, 22:48

Yağın ardınca pendir də bahalaşdı - VİDEO

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir
23.10.2017, 22:31

Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir

Ukrayna prezidentinə sui-qəsd ...
23.10.2017, 22:17

Ukrayna prezidentinə sui-qəsd ...

ABŞ-ın dövlət katibi Bağdada gəldi
23.10.2017, 22:01

ABŞ-ın dövlət katibi Bağdada gəldi

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu
23.10.2017, 21:46

Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzində oldu

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...
23.10.2017, 21:31

İşğal olunmuş torpaqda İŞĞALÇINI MƏĞLUB ETMƏK HƏQİQƏTİ...

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi
23.10.2017, 21:13

Gürcüstanda Azərbaycan vətəndaşı həbs edildi - Rəsmi

Çeçenistanda silahlı insident: 4 ölü
23.10.2017, 20:57

Çeçenistanda silahlı insident: 4 ölü

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq
23.10.2017, 20:43

Müsavatçılar Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşacaq

Gürcüstanın baş naziri Bakıya gəlir
23.10.2017, 20:29

Gürcüstanın baş naziri Bakıya gəlir

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb
23.10.2017, 20:16

İtaliyada meşə yanğınları səbəbindən əhalinin təxliyyəsinə başlanılıb

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib
23.10.2017, 20:02

Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib
23.10.2017, 19:51

"Çudo Peçka”nın 27 əməkdaşı dindirilib

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib
23.10.2017, 18:55

Penitensiar Xidmətin üç əməkdaşı istintaqa cəlb edilib

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb
23.10.2017, 18:40

Avropa Birliyi Ermənistanın təxribatları barədə məlumatlandırılıb

Sabahdan güclü geomaqnit qasırğası başlayır
23.10.2017, 18:31

Sabahdan güclü geomaqnit qasırğası başlayır

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı
23.10.2017, 18:16

Şəkidə yol tikintisinə 4,8 milyon manat ayrıldı

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...
23.10.2017, 18:11

Rəsulzadənin ailəsi ilə SON GÖRÜŞÜ...

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış
23.10.2017, 18:05

Abel Məhəmmərovdan birinci kurs tələbələrinə çağırış

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb
23.10.2017, 17:49

Kamal Abdulla BMT nümayəndəsi ilə görüşüb

Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir
23.10.2017, 17:44

Növbəti 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir

Manat və dolların sabahkı məzənnəsi
23.10.2017, 17:22

Manat və dolların sabahkı məzənnəsi

İraq kürdləri Bağdaddan sülh istədi
23.10.2017, 17:20

İraq kürdləri Bağdaddan sülh istədi

Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR  
23.10.2017, 17:17

Uşaqların dini mərasimlərə aparılması rəsmən QADAĞAN OLUNUR  

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı
23.10.2017, 17:15

Tovuzda usta iş yerində "laqonda" ilə əlini doğradı

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ
23.10.2017, 17:09

Cocuq Mərcanlının günəşli payızı - REPORTAJ

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL
23.10.2017, 17:06

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir - QALMAQAL

Hadı Rəcəbli üslubu
23.10.2017, 17:06

Hadı Rəcəbli üslubu

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(4.88%)
“Azərişıq”(24.8%)
“Azərsu”(9.02%)
“Azəristiliktəchizat”(3.00%)
Heç biri(58.2%)