Modern.az

"El-Klassiko"da Messi son saniyələrdə “Real” azarkeşlərini şoka saldı

"El-Klassiko"da Messi son saniyələrdə “Real” azarkeşlərini şoka saldı

Aktual

24 Aprel 2017, 09:31

Ötən gecə bütün dünyanın diqqəti Madridə yönəlmişdi.

Modern.az xəbər verir ki, İspaniya La Liqasının 32-ci turunda “Real” “Santyaqo Bernabeu”da  əzəli rəqibi “Barselona”nı  qəbul edib.

Bu oyuna kimi komandalar turnur cədvəlində qonşu pillələrdə qərarlaşmışdılar. Gərgin və maraqlı keçən qarşılaşma “Barselona”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Hamı oyunun 2:2 hesabı bitəcəyini təxmin edərkən, Messi son saniyələrdə qələbə topunu vurmaqla “Real” azarkeşlərini şoka salıb. Belə ki, onun 92-ci dəqiqədə vurduğu qolın ardınca oyun başa çatıb.

Bu qələbə ilə "Barsa" həm də liderliyi "Real"dan alıb. Xalını 75-ə yüksəldən Luis Enrikenin komandası zirvəni ələ keçirib. Eyni xala malik "Real" isə ikinci pillədə qərarlaşıb. Madrid klubunun ehtiyatda bir oyunu var.


23 aprel

İspaniya La Liqası, 32-ci tur

22:45 “Real” – “Barselona” - 2:3
Qollar:
Kasemiro, 28 (1:0), Messi, 33 (1:1), Rakitiç, 73 (1:2), Xames, 85 (2:2), Messi, 90+2 (2:3)
Qırmızı vərəqə: Serxio Ramos, 77 ("Real")

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü