Modern.az

Türkiyədən Rusiya vətəndaşlarına JEST

Türkiyədən Rusiya vətəndaşlarına JEST

Aktual

24 Aprel 2017, 12:07

Türkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini 90 günə qədər uzadıb.

 

Modern.az Türkiyə KİV-nə  istinadən xəbər verir ki, bu barədəTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib

 

M.Çavuşoğlu bildirib ki,  əvvəllər Türkiyəyə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejim 60 gün müddətində idi.

 

“Amma yeni qərar  Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü öncəsi Ankaradan Moskvaya verilən müsbət mesaj hesab oluna bilər”.

 

XİN rəhbəri həmçinin qeyd edib ki, Putinlə Ərdoğan mayın 3-də Soçidə görüşəcəklər.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı