Modern.az

Ən çox hərbi xərcləri olan ölkələr - SİYAHI

Ən çox hərbi xərcləri olan ölkələr - SİYAHI

24 Aprel 2017, 12:16

Stoqholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutu hərbi xərclərinə görə dünya ölkələrinin reytinqini tərtib edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya silah bazarında ilk üçlüyü ABŞ, Çin və Rusiya təşkil edir.

 

2016-cı ildə ABŞ hərbi sahəyə xərclərini 1,7% artıraraq 611 milyard dollara çatdırıb. Çində bu göstərici 5,4%lik artım göstərərək 215 milyarda çatıb. Şimal qonşumuz Rusiya hərbi xərclərini 69,2 milyard dollara çatdıraraq Səudiyyə Ərəbistanının önündə qərarlaşıb. Səudiyyə Ərəbistanı 63,7 milyard dollar, Hindistanın hərbi xərcləri isə 55,9 milyarda çatıb.

 

Hesabata əsasən, ötən il dünyada hərbi xərclərə ümumilikdə, 1,69 trilyon dollar pul xərclənib.

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü