23 iyul 2017, Bazar
Ana Səhifə - TƏHSİL - DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ
DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ
27.04.2017, 10:47

Aprelin 30-da ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün II-III ixtisas qrupları üzrə  birinci (yaz) qəbul imtahanları keçiriləcək. Mayın 7-də isə I-IV ixtisas qruplarının abituriyentləri ilk qəbul imtahanı verəcəklər. 

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il birinci qəbul imtahanında 65653 abituriyent iştirak edəcək. Onlardan 59425-i Azərbaycan, 6228-si Rus bölməsinin məzunudur.  

Aprelin 30-da keçiriləcək II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanında 35 429 abituriyent iştirak edəcək ki, onlardan da 18677-si II (16609-u Azərbaycan, 2067-si Rus bölməsi), 16752-si isə III  (15478-i Azərbaycan, 1274-ü Rus bölməsi) ixtisas qrupu üzrə sənəd verib. 

Mayın 7-də keçiriləcək I və IV ixtisas qrupları üzrə ilk qəbul imtahanında isə 30224 abituriyentin iştirakı nəzərdə tutulub.
Onlardan 25602-si I (23257-si Azərbaycan, 2346-sı Rus bölməsi), 4622-i isə IV (4081-i Azərbaycan, 540-ı Rus bölməsi) ixtisas qrupunu seçib.

 

Qeyd edək ki, imtahana buraxılış vərəqələri abituriyentlərə təqdim olunmağa başlayıb.


Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə  imtahan öncəsi Modern.az-ın suallarını cavablandırıb. 

-Aprelin 30-da keçiriləcək ilk qəbul imtahanına sayılı günlər qalır. Məhz ilk imtahanlar zamanı abituriyentlərə təqdim olunacaq test suallarının mürəkkəb olması barədə cəmiyyətdə müəyyən  fikirlər yer almaqdadır. İmtahanların hər iki mərhələsində test tapşırıqları hazırlanarkən bu məsələlər necə tənzimlənir? 

-Həm birinci, həm də ikinci imtahanda suallar eyni texniki tapşırıq əsasında hazırlanacaq. Sualların çətinlik dərəcəsi hər iki imtahanda eyni olacaq. Bildiyiniz kimi, imtahandan öncə texniki tapşırıq hazırlanır və həmin o texniki tapşırıqda həm asan, həm orta, həm də çətin suallar nəzərdə tutulur. Hər iki imtahanın çətinlik dərəcələrində hər hansı bir fərq olmayacaq.

-Son günlər DİM-də İctimai Şuranın yaradılması məsələsi də müzakirə olunur. Yaratmaqda məqsəd nədir? Əsasən Şuranın fəaliyyət göstərməsi nəyə xidmət edəcək?

-Doğru vurğuladınız. Keçən həftə İctimai Şuraya üzv olmaq istəyən namizədlərlə görüş keçirildi. Həmin görüşdə namizədlərə görəcəyi işlər və hüquq və vəzifələri barədə məlumat verildi.
Təklif  olundu ki, razı olduqları halda 9-cu siniflərin buraxılış imtahan materiallarının emalına cəlb oluna bilərlər. Təbii ki, onlar da razılıqlarını bildirdilər. Hansı günlər ki boşdular, yoxlama prosesini müşahidə edə bilərlər. Bunun üçün  anket yazıb doldurdular. Onların siyahısı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına təqdim olunacaq. Hələ ki  anketlərdə qeyd edilən məlumatlar araşdırılır. DİM-in  Direktorlar Şurası tərəfindən həmin şuranın üzvləri formalaşdırılacaq. Kim ki materialların emal edilmə prosesində iştirak etmək istəyir, onları müəyyən günlərdə dəvət edəcəyik ki, gəlib prosesi müşahidə etsinlər. İctimai Şura ancaq 9-cu siniflərin buraxılış imtahanlarına aiddir.


-İctimai Şura hər il imtahanlar öncəsi fəaliyyət göstərəcək?

-Xeyr. İctimai Şura bu il tətbiq olunacaq. Burada məqsəd ondan ibarətdir ki, ictimai iştirakçılıq təmin edilsin. DİM tərəfindən ümumi orta təhsil bazasında yeni növ buraxılış imtahanlarının keçirilməsi, materialların emalı, yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradılır. Burada əsas məqsəd də budur. İctimai Şuraya üzv olmaq üçün 40-dan artıq  QHT, təhsil eksperti, müəllim və KİV-in nümayəndəsi qeydiyyatdan keçib.

-Cavabsız qalan suallardan biri də jurnalistika ixtisası ilə bağlıdır. Qabiliyyət imtahanları nə vaxt keçiriləcək?

-Jurnalistikaya qəbul olmaq istəyənlər 3-cü ixtisas qrupu üzrə imtahan verirlər. Müsabiqə şərtlərini ödədikləri halda, onlara icazə verilir ki, qeydiyyatdan keçsinlər. DİM-in saytında jurnalistika ixtisası seçmək istəyən abituriyentlərin qeydiyyatı adlı  əlavə bölmə yaradılacaq.  Orada abituriyentlər qeydiyyatdan keçməlidirlər. Abituriyentlər öncə test imtahanında iştirak edirlər. Müsabiqə şərtlərini ödədikləri halda, qabiliyyət imtahanına qatılırlar. 3-cü qrup üzrə minimal müsabiqə şərtləri 200 baldır. Bu, ödənişli yerlər üçündür. Minimal müsabiqə şərtlərini ödədikdən sonra qeydiyyatdan keçirlər. Qeydiyyatın vaxtı DİM-in saytında yerləşdiriləcək. Qeydiyyatdan keçəndən sonra qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanından da məqbul qiymət alanlar ixtisas seçimində jurnalistikanı da digər ixtisaslarla yanaşı göstərə bilərlər. 

-Bəs jurnalistika təhsilini magistratura səviyyəsində davam etdirmək istəyənlərlə bağlı nə yenilik var?

-Yenilik odur ki, hazırda magistraturanın qeydiyyatı aparılır. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Həmin bakalavrlar aprelin 21-dən aprelin 30-dək DİM-in internet saytında qeydiyyatdan keçməli və 3-4-5 may tarixlərində qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və məqbul qiymət alan bakalavrlar keçə bilərlər. Qabiliyyət imtahanları ancaq Bakıda keçiriləcək.

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi 
23.07.2017, 16:44

Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi 

İnsanın iradəsi azaddırmı?
23.07.2017, 16:25

İnsanın iradəsi azaddırmı?

Dənizdə batan 2 nəfər xilas edilib
23.07.2017, 16:02

Dənizdə batan 2 nəfər xilas edilib

23.07.2017, 15:52

"Bir neçə hərbi əməliyyat barədə yaza bilmədim" - kitabı çıxan Rey Kərimoğlu 

Rusiya ABŞ-ı qorxuya salıb
23.07.2017, 15:32

Rusiya ABŞ-ı qorxuya salıb

Yetim Eyvaz vəfat etdi
23.07.2017, 15:27

Yetim Eyvaz vəfat etdi

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı   
23.07.2017, 14:54

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı  

Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir İTTİHAM 
23.07.2017, 14:42

Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir İTTİHAM 

I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının düzgün cavabları AÇIQLANDI
23.07.2017, 14:12

I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının düzgün cavabları AÇIQLANDI

Bakı limanında dəhşətli FACİƏ - Hadisənin səbəbləri araşdırılır
23.07.2017, 13:57

Bakı limanında dəhşətli FACİƏ - Hadisənin səbəbləri araşdırılır

Mənimlə Ağdamı tikməyə gedərsənmi?
23.07.2017, 13:41

Mənimlə Ağdamı tikməyə gedərsənmi?

Bitə baxıb köynəyi yandırmayın!
23.07.2017, 13:29

Bitə baxıb köynəyi yandırmayın!

Türkiyənin rus silahı alması ABŞ-ı narazı saldı
23.07.2017, 12:49

Türkiyənin rus silahı alması ABŞ-ı narazı saldı

Sabahın hava proqnozu
23.07.2017, 12:38

Sabahın hava proqnozu

Keçmiş döyüşçülər: “Cinayətkar Koçaryanlar, Sarkisyanlar cəzalarını almalıdır”
23.07.2017, 12:33

Keçmiş döyüşçülər: “Cinayətkar Koçaryanlar, Sarkisyanlar cəzalarını almalıdır”

Ağdama işğaldan sonra 2 dəfə gedən kəşfiyyatçı: “Yaxınlarımızın, doğmalarımızın meyitləri pis gündə idi”
23.07.2017, 12:13

Ağdama işğaldan sonra 2 dəfə gedən kəşfiyyatçı: “Yaxınlarımızın, doğmalarımızın meyitləri pis gündə idi”

Türkiyə yenə silkələndi 
23.07.2017, 11:56

Türkiyə yenə silkələndi 

Çində tikinti kranı aşıb: 7 ölü
23.07.2017, 11:40

Çində tikinti kranı aşıb: 7 ölü

"Qarabağ" - "Şerif" oyununa hakim təyinatları açıqlanıb
23.07.2017, 11:25

"Qarabağ" - "Şerif" oyununa hakim təyinatları açıqlanıb

Deputat Ağalar Vəliyev üçün özəl gün
23.07.2017, 11:08

Deputat Ağalar Vəliyev üçün özəl gün

Çaylarda sululuq səviyyəsi AÇIQLANDI
23.07.2017, 10:24

Çaylarda sululuq səviyyəsi AÇIQLANDI

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər bu tarixdə imtahan verəcəklər RƏSMİ
23.07.2017, 09:52

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər bu tarixdə imtahan verəcəklər RƏSMİ

Düşmən atəşkəsi 126 dəfə pozdu
23.07.2017, 09:37

Düşmən atəşkəsi 126 dəfə pozdu

Piyada keçidində yaşlı kişiyə hücum etdilər - BAKIDA
23.07.2017, 09:31

Piyada keçidində yaşlı kişiyə hücum etdilər - BAKIDA

Sumqayıtda 8 mənzilli binada yanğın 
23.07.2017, 09:26

Sumqayıtda 8 mənzilli binada yanğın 

Yəmənə endirilən aviazərbələrdə 8 nəfər öldü
23.07.2017, 00:57

Yəmənə endirilən aviazərbələrdə 8 nəfər öldü

Misirdə Yaxın Şərqin ən böyük hərbi bazası açılıb
23.07.2017, 00:40

Misirdə Yaxın Şərqin ən böyük hərbi bazası açılıb

BMT Təhlükəsizlik Şurası Qüdsdəki vəziyyəti müzakirə edəcək
23.07.2017, 00:24

BMT Təhlükəsizlik Şurası Qüdsdəki vəziyyəti müzakirə edəcək

Ağdamsızlığın 24 ili
23.07.2017, 00:10

Ağdamsızlığın 24 ili

Yaşayış binasında yanğın: 8 nəfər təxliyyə edildi
22.07.2017, 23:57

Yaşayış binasında yanğın: 8 nəfər təxliyyə edildi

Trampın şəxsi vəkili istefa verib
22.07.2017, 23:43

Trampın şəxsi vəkili istefa verib

İran yeni raketlərin istehsalına başlayıb
22.07.2017, 23:27

İran yeni raketlərin istehsalına başlayıb

Azərbaycanlı cüdoçu Minskdə erməni rəqibinə qalib gəlib
22.07.2017, 23:09

Azərbaycanlı cüdoçu Minskdə erməni rəqibinə qalib gəlib

Fransada məscidin qapısına donuz asılıb
22.07.2017, 22:53

Fransada məscidin qapısına donuz asılıb

Qızılın qiyməti yenidən ucuzlaşıb - VİDEO
22.07.2017, 22:42

Qızılın qiyməti yenidən ucuzlaşıb - VİDEO

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.16%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(70.9%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(3.48%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(2.32%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(22.0%)