Modern.az

Türkiyə və Hindistan dollardan imtina edir

Türkiyə və Hindistan dollardan imtina edir

Dünya

1 May 2017, 21:13

Türkiyə daha bir ölkə ilə milli valyutalarla ticarət aparmaq barədə razılığa gələ bilər. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Hindistan-Türkiyə biznes-forumundakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Ərdoğan bildirib ki, Türkiyə və Hindistan qarşılıqlı maliyyə əməliyyatları zamanı dollardan imtina edə bilər.

Onun sözlərinə görə, qarşılıqlı əməliyyatlarda dollardan imtina milli valyutaların məzənnəsindəki qeyri-sabitliyi aradan qaldıracaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı