Modern.az

“Heydər Əliyev və Azərbyacancılıq məfkürəsi” adlı tədbir kecirilib

“Heydər Əliyev və Azərbyacancılıq məfkürəsi” adlı tədbir kecirilib

26 Aprel 2024, 13:10

YAP Kəlbəcər rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Şərqi Zəngəzur Regional Təhsil  İdarəsinin Kəlbəcər rayon sektorunun 8 saylı tam orta məktəbində “Heydər Əliyev və Azərbyacancılıq məfkürəsi” adlı tədbir kecirilib.

 

Modern.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz  Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş,  əvəzedilməz bir ideologiyaya çevrilmişdir. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qlobalaşan dünyanın müasir  tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətlə  uğurla davam etdirilir.

 

Məktəbin direktoru Rəna Nadirova çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır.

 

Digər çıxış edənlər   Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edərək bildirdilər ki, Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. 

 

Tədbirin sonunda Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr və fəal Partiya üzvlərinə YAP Kəlbəcər rayon təşkilatının diplomları təqdim olundu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək