15 dekabr 2017, Cümə
Ana Səhifə - DÜNYA - ABŞ MDB-dən geri çəkilir? - TƏHLİL
ABŞ MDB-dən geri çəkilir? - TƏHLİL
11.05.2017, 13:14

Donald Tramp administrasiyası 2018-ci il üçün dünya ölkələrinə göstəriləcək maliyyə yardımının azaldacağını açıqlamışdı.

 

Belə ki, 6,2 milyon dolların ayrılması nəzərdə tutulan Qazaxıstan və 3,9 milyon dollar verilməli olan Türkmənistan yardımdan tam məhrum olunacaq. Qırğızıstana yardım 60 faiz azaldılaraq 18 milyon dollar, Tacikistana yardım 47,6 faiz azaldılaraq 17,3 milyon dollar və Özbəkistana yardım isə 4 faiz artırılaraq 9,8 milyon dolar həcmində müəyyən olunmuşdu.


Bundan başqa, Ukraynaya 570 milyon dollar əvəzinə 177 milyon dollar, Gürcüstana isə 42 milyon dollar əvəzinə 28 milyon dollar yardım ayrılacaq. Azərbaycan, Ermənistan və Belarusa isə ümumiyyətlə, maliyyə yardımı ayrılmayacaq.

Bu yardımların çatdırılmasını icra edən ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAİD) dövlət katibliyinə birləşdirilməsi və regional ofislərinin sayının 65% azaldılması da təklif olunur.

 

Xüsusən, postsovet ölkələrinə ayrılan yadımın 80% ixtisarı ABŞ administrasiyasının MDB-də öz təsirini könüllü azaltması kimi təqdim olunurdu və Rusiyanın bu məkanda hegemon olmasına göz yumması kimi qəbul olunurdu.

 

SSRİ-nin dağılmasından sonra iqtisadiyyatı bərbad hala düşən, sosial problemlərin məngənəsində boğulan Rusiyaya Vladimir Putin yeni siyasi nəfəs gətirməklə valı 180 dərəcə dəyişməyə nail oldu.

 

Putin dönəmində Sovet dövrünə olan nostalgiya Kremlin MDB ölkələrinin siyasi həyatına təsirini artırdı.

 

2008-ci ilin avqustunda Moskvanın  Gürcüstanın NATO inteqrasiyasına qarşı hərbi müdaxiləsi, Baltikyanı ölkələri daim gərginlik içində saxlaması, Ukraynanın Krım və Donbas regionlarından baş verən hadisələr, Orta Asiya respublikalarına edilən xəbərdarlqılar və s. Moskvanın güc yolu ilə MDB-ni əlində saxlayacağının göstəricisidir. Trampın özünütəcrid siyasəti də Putinin strategiyasına xidmət edir.

 

Bunun ən son nümunəsi kimi Moldova prezidenti Vladimir Dodonun açıqlamalarını misla çəkmək olar. “Bizə Avropa dəyərləri və inteqrasiya lazım deyil” – deyə moldovalı siyasətçi Rusiya baş nazirinin müavini Dmitri Roqozinlə görüşdə demişdi.

 

Beləliklə, ABŞ üçün yaranan imkanların önünə Rusiya səd çəkməyi bacarır. Amma bu amil Vaşinqtonu MDB məkanındakı maraqlarından əl çəkməsi kimi şərh oluna bilməz. Bir sözlə, bölgə uğrunda iki super gücün siyasi çəkişmələri hələ də davam edir. Amma MDB regionunda Rusiyanın dominant olduğunu göstərən amillər çoxdur.  

 

Təhlillər onu göstərir ki, SSRİ-nin xələfi Rusiya yeni Sovet modelinin reallaşdırılması istiqamətində ciddi addımlar atmaqdadır. Rusiyanın siyasi təsir rıçaqlarını əlində saxlaması ABŞ-ı bölgədə narahat edən məsələlərdəndir. Ancaq tarixdə fərqli siyasi gedişlərdən doğan situasiyaların ABŞ-ın xeyrinə dəyişəcəyi amilini də nəzərdən qaçırmaq olmaz. Hələlik isə Suriya və MDB məsələsində Rusiya qalib görünür.

 

Bütün bunlara rəğmən onu söyləmək olar ki, həm ABŞ, həm də Avropa MDB məsələsində Rusiyaya güzəşt edib. Bu qüvvələr Rusiya qarşısında geri çəkilmiş kimi görünürlər.

 

Krmelin MDB-də söz sahibi olması yaxın illər üçün şübhəsiz görünür. Əgər ABŞ prezidentlərindən hər hansı biri buna müdaxilə etməyə cəhd göstərərsə, onda Gürcüstan və Ukraynada yaşanılan hadisələr təkrarlancaq.

 

Vüqar İSMAYILOV

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı
15.12.2017, 21:31

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı
15.12.2017, 21:20

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib
15.12.2017, 21:06

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb
15.12.2017, 20:52

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

100-CÜ BAHARA DOĞRU . . .
15.12.2017, 20:40

100-CÜ BAHARA DOĞRU . . .

Bu ölkədə vətəndaşların borcları silinəcək
15.12.2017, 20:27

Bu ölkədə vətəndaşların borcları silinəcək

Tramp Putindən kömək gözləyir
15.12.2017, 20:13

Tramp Putindən kömək gözləyir

Ərəb diplomatlar Bakıda universitetdə toplandı
15.12.2017, 20:02

Ərəb diplomatlar Bakıda universitetdə toplandı

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi
15.12.2017, 19:51

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI
15.12.2017, 18:57

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib
15.12.2017, 18:45

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
15.12.2017, 18:37

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır
15.12.2017, 18:32

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

Kraliçanın ailəsində toy olacaq
15.12.2017, 18:26

Kraliçanın ailəsində toy olacaq

Sumqayıta 7 milyon manat ayrıldı
15.12.2017, 18:12

Sumqayıta 7 milyon manat ayrıldı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI
15.12.2017, 18:02

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI

Oqtay Əsədov deputatları DANLADI   
15.12.2017, 17:57

Oqtay Əsədov deputatları DANLADI  

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib
15.12.2017, 17:52

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib

“Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi
15.12.2017, 17:52

Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi
15.12.2017, 17:48

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”
15.12.2017, 17:41

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI   
15.12.2017, 17:38

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI  

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi
15.12.2017, 17:33

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi   
15.12.2017, 17:28

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi  

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq
15.12.2017, 17:21

Azərbaycanlı gənc deputatlar və eks-prezidentlə müzakirə aparacaq

Manatın 3 günlük MƏZƏNNƏSİ
15.12.2017, 17:20

Manatın 3 günlük MƏZƏNNƏSİ

Azərbaycanda 7 dini icma ləğv edilib   
15.12.2017, 17:14

Azərbaycanda 7 dini icma ləğv edilib  

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu
15.12.2017, 17:10

Deputatları mandatdan məhrum edən dəyişiklik qəbul olundu

Zahid Oruc narazılıq etdi, Oqtay Əsədov ona irad tutdu
15.12.2017, 17:09

Zahid Oruc narazılıq etdi, Oqtay Əsədov ona irad tutdu

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi
15.12.2017, 17:00

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi
15.12.2017, 16:51

Azərbaycanda federasiya rəhbəri qəfil vəfat etdi

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz öz əlimizdədir”
15.12.2017, 16:44

Vahid Əhmədov İntizam Komissiyasının dəyişilməsini istədi: “İndi taleyimiz öz əlimizdədir”

Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi
15.12.2017, 16:41

Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında
15.12.2017, 16:38

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında

Siyavuş Novruzov Sevinc Osmanqızını təxribatçı adlandırdı
15.12.2017, 16:33

Siyavuş Novruzov Sevinc Osmanqızını təxribatçı adlandırdı

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.08%)
Araz Ağalarov (13.8%)
Mübariz Mənsimov (17.6%)
Fərhad Əhmədov(14.2%)
Füzuli Məmmədov(51.4%)
Telman İsmayılov (0.13%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.60%)
Digərləri(0.84%)