Modern.az

Mehman Hüseynovun məhkəməsi olacaq

Mehman Hüseynovun məhkəməsi olacaq

Aktual

15 May 2017, 15:00

Blogger Mehman Huseynovun Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı xüsusi ittiham qaydasında cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib.

 

Bu haqda Modern.az-a bolggerin hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

 

E.Sadıqov bildirib ki, kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsi və M.Huseynov barəsində CM-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir:

“Bundan əlavə, Birləşmiş Krallıqdan olan vəkillərllə birlikdə Mehman Hüseynovun ölkədaxili müdafiə vasitəsi tükəndirilmiş işlər üzrə şikayətləri Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanır”.

 

Qeyd edək ki, M. Hüseynov Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 3 mart 2017-ci il tarixli hökmü ilə Bakı şəhər Nəsimi rayon RPİ-nin rəisi Musa Musayevin xüsusi ittihamı əsasında 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü