Modern.az

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi -YENİLƏNİR, FOTOLAR (CANLI YAYIM)

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi -YENİLƏNİR, FOTOLAR (CANLI YAYIM)

Aktual

22 May 2017, 21:24

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində paradı ev sahibi olan Azərbaycan atletləri tamamlayıb. Tamaşaçılar oyunlarda möhtəşəm qələbə qazanmış idmançılarımızı ayaq üstə, sürəkli alqışlarla salamlayıblar. Bu mərasim “Amarok” qrupunun ifasında “Naxçıvan halayı” ilə müşayiət olunub.“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində atəşfəşanlıq olub.

Daha sonra tədbirin bədii hissəsi başlayıb. İdmançıların paradı zamanı Tünzalə Ağayeva, Samirə Allahverdi, Samirə Əfəndi, Hafex & Sahil Umud, Nigar Camal, Aygün Kazımova, Rilaya, Diana Miro populyar Azərbaycan mahnılarını səsləndiriblər.

 

21:11

 

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb. Modern.az-ın məlumatına görə, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində İslamiadada iştirak edən ölkələrin keçidi olub.

Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədov olub. Daha sonra bədii proqram nümayiş etdiriləcək.

Qeyd edək ki, “Bakı 2017”də 54 ölkə iştirak edib. Azərbaycan 75 qızıl, 50 gümüş, 37 bürünc mesalla İslamiadanın qalibi olub. Türkiyə isə 71 qızıl, 67 gümüş və 57 bürünc olmaqla, 195 medal qazanıb və kəmiyyətcə birinci yeri tutub. Oyunların açılış mərasimi mayın 12-də elə Bakı Olimpiya Stadionunda təşkil edilib.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü