Modern.az

Azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTO

Azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTO

Aktual

26 May 2017, 21:37

Rusiya Federasiyasının vətəndaşı olan azərbaycanlı qız İŞİD-ə qoşulub. Modern.az Lent.az-a istinadən xəbər verir ki, Dağıstanın Xuçni rayonunda yaşayan milliyyətcə azərbaycanlı Sabrina Həbibova bir müddət əvvəl radikal qruplaşmalara qoşularaq kənddən qaçıb.

Məlum olub ki, o, İŞİD sıralarına qoşulub.

Bildirilir ki, S.Həbibovanın 21 yaşı var. O, 1996-cı ilin 15 iyulunda anadan olub.

Qeyd edək ki, Rusiya vətəndaşı olan yüzlərlə Şimali qafqazlı gənc İŞİD-ə qoşulduğu üçün axtarışa verilib və onların yenidən bu ölkəyə qayıtmasına imkan verilmir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü