Modern.az

Milli Məclis növbəti iclasının gündəliyində dəyişiklik edilib

Milli Məclis növbəti iclasının gündəliyində dəyişiklik edilib

Aktual

27 May 2017, 14:40

Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyində 38 məsələ müzakirə ediləcək.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat  katibi Akif Təvəkküloğlu deyib.

Qurum rəsmisi bildirib ki, iclasda 41 yox, 38 məsələyə baxılacaq.

“Bu da onunla əlaqədardır ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Dövlət qulluğu haqqında” və “Diplomatik xidmət haqqında” qanunlara dəyişikliklər bir paketə daxil edilib”.

Qeyd edək ki, bundan əvvəl parlamentin mayın 31-də keçiriləcək iclasının gündəliyinə 41 məsələnin daxil edildiyi bildirilmişdi.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı