Modern.az

ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdır

“ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdır”

Aktual

30 May 2017, 09:40

Mayın 29-30-da Avstriyanın Villach şəhərində ATƏT Parlament Assambleyasının “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı” mövzusunda təşkil etdiyi konfransda Milli Məclisin ATƏT PA –da nümayəndə heyəti sədrinin müavini Tahir Mirkişili çıxış edib.


Modern.az
xəbər verir ki, hazırda sivilizasiyaların qovuşmasının baş verdiyi, millətlərarası inteqrasiyanın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda belə bir tədbirin keçirilməsinə görə ATƏT PA-nın Prezidentinə təşəkkür edən Tahir Mirkişili tədbirin təşkil olunduğu Karintiya bölgəsinin tarixinin və inkişaf mərhələlərinin xeyli maraq doğurduğunu qeyd edib. Azərbaycanda milli azlıqların hüquqlarının dövlət səviyyəsində daim qorunduğunu qeyd edən deputat ölkədə milli azlıqların həm öz adət-ənənənəsi, dili, dini, mədəniyyətlərini qoruduğunu, həm də Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə inteqrasiya olunduğunu qeyd edib. O milli azlıqların nümayəndlərinin icra orqanlarına, qanunverici və məhkəmə orqanlarında yetərincə təmsil olunduğunu qeyd edərək, multikultural dəyərlərin inkişaf etdirilməsinin Azərbaycanın strateji dövlət siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tahir Mirkişili dünyada milli azlıqların hüquqlarının qorunması zamanı qarşıya çıxan problemlərdən söz açaraq, bu problemlərin yaradan əsas səbəb kimi 3-cü dövlətin müdaxiləsini əsas göstərib. O, Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini göstərərək Dağlıq Qarabağda azərbaycanlı və erməni icmaları arasında etimad, birgə yaşayış prinsiplərinin formalaşmasında Ermənistanın işğalçılıq siyasətinin dağıdıcı rolunu diqqətə çatdırıb və bu müdaxilələrin qarşısının hamı tərəfindən alınmalı olduğunu xüsusi vurğulayıb.


Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü