Modern.az

Nazir: “2018-ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb”

Nazir: “2018-ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb”

İqtisadiyyat

31 May 2017, 14:01

«Hazırda neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. O cümlədən, yeni fiskal qaydalar hazırlanmaqdadır. 2018-ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb”.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. Nazir qeyd edib ki, dövlət müəssisələrinin dividendləri ilə bağlı proqnoz göstəriciəri dəyişə bilər.

“İcra olunmayan dividendlər maliyyə sektorunda fəaliyyət göstərən qurumlar tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üбün ağır il olub. Buna görə də dividendlərin ödənilməsində problemlər var. Bundan əlavə, cari ilin büdcəsində özəlləşmə ilə bağlı proqramlar var. Səhiyyə sahəsində bəzi tədbirlərin görülməsi ilə bağlı qərar verilib. Bu sahədə böyük işçi qüvvəsi fəaliyyət göstərir. Ona görə də bu sektora həssas yanaşmalıyıq. İcbari tibbi sığıorta ilə bağlı məsələlər pilot layihə kimi Mingəçevir və Yevlax rayonlarında uğurla həyata keçirilməkdədir. Digər şəhərlərdə layihə həyata keçiriləcək”.


Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır