26 may 2018, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Ramazan ayı Bakıdakı şadlıq evlərini çökdürdü...
Ramazan ayı Bakıdakı şadlıq evlərini çökdürdü...
06.06.2017, 08:30

Artıq Ramazan ayının 11-ci gününü yaşayırıq.  Bu ayı  dəvətnamədən, əlavə xərcdən çəkinən insanlar üçün şükran ayı da hesab etmək olar.  Çünki adətən Ramazanda  toylar ya az olur, ya da ümumiyyətlə olmur.

Ramazan ayında restoranlarda vəziyyət necədir? Toy sifarişləri olurmu? Bəs iftar süfrəsi üçün sifarişlər necə?

Modern.az saytı bu sualla bir neçə restorana müraciət edib.

“Monte Kristo” şadlıq evinin meneceri İqbal Aydınoğlunun sözlərinə görə, Ramazanda heç bir yerdə toy olmur:

“Hesab edirəm ki, Ramazan ayında heç bir yerdə toy olmamalıdır. Belə bir şeyin şahidi də olmamışam. Bizim restoranda da  toylar olmur.  İftar süfrəsi üçün müraciət edən ailəvi qonaqlarımız var. Tutaq ki, 10-20 nəfər yaxınları ilə gəlib iftarlarını burada açırlar. Biz iftar süfrəsində bir sıra şeyləri, məsələn, su, xurma, sup kimi qidaları kim olur olsun pulsuz veririk. Bundan başqa, kim əlavə nə sifariş edirsə, onu öz qiyməti ilə təqdim edirik. Bu, adambaşına 10 manat və ya daha çox ola bilər”.

 “Çanaqqala” restoranının administratoru Anar Əliyev bildirib ki, Ramazan ayında ümumiyyətlə toylar olmur.

“Bu ayda adətən işlər zəif olur. Lakin çox nadir hallarda iftar süfrəsinin açılması ilə bağlı sifarişlərimiz olur. Belə olan halda qiymət müştərinin istəyindən asılı olaraq dəyişir. Konkret qiymət müəyyən etməmişik”.

“Oazis” restoranının administratoru Sehran Bəşirov da bu ayda toy sifarişinin olmadığını qeyd edib. Lakin restoranda iftar süfrələri açılır.

“Toylar olmasa da, bizim restoranda iftar süfrələri açılır, şou proqramlar olur. İftar süfrələrində menyu standart deyil. Bu, adambaşına 40-50 manat da ola bilər, daha yüksək və ya aşağı qiymət də. Lakin su, xurma, sup kimi bəzə yeməklər restoran tərəfindən verilir. Qalan sifarişlər isə müştərinin istəyindən asılı olaraq dəyişir”.

“Niaqara” şadlıq evinin admisintratoru Yaşar Qasımovun sözlərinə görə, onlar da Ramazan ayında toylara yer vermirlər, çünki sifariş yoxdur:

“Restoranımızda iftar süfrələri üçün sifarişlər olur. Ancaq bunun üçün standart qiymətlər müəyyən etməmişik. Hər kəs öz hesabından asılı olaraq sifarişlər edir. Məsələn, iftar süfrəsi üçün qiymət 30-35 manat da ola bilər, yaxud daha yüksək də”.

“Gilavar” restoranının administratoru Rufan Qasımov qeyd edib ki, Ramazan ayında nə toy, nə də iftar süfrəsi üçün sifarişləri var:

“İftar süfrəsi üçün sifariş olarsa, qiymətlər müştəriyə görə dəyişə bilər. Daha doğrusu, süfrədə nə olmasında asılıdır. Bu 5 manat, 10-15 manat və ya 100 manat da ola bilər. İftar süfrəsi qonaqlar üçün pulsuz da olur. Yəni əgər 150 nəfərlik iftar süfrəsi sifariş edilibsə, təbii ki, qonaqlardan pul tələb olunmur. Pulu sifariş edən müştəri əvvəlcədən verir”.

“Mega Palace” restoranının əməkdaşı Vüsal Şirinov bildirib ki, Ramazan ayında toy sifarişləri olmasa da, iftar süfrəsi üçün müraciət edənlər var:

“İftar süfrələrinin məbləği menyudan asılıdır. Lakin biz Allah yolunda bu cür süfrələri ucuz edirik. Adətən maya dəyərində olur. Buna baxmayaraq qeyd etməliyəm ki, biz şadlıq sarayı kimi fəaliyyət göstərdiyimizə görə, iftar süfrəsi üçün sifarişlər də az olur. Bu cür sifarişləri adətən böyük restoranlar qəbul edir”.

 “Yeganə” şadlıq sarayının mühasib köməkçisi Arzu  Abbasova bildirib ki, Ramazanda restoranda toy və ya hansısa tədbir olmur:

“Bizim restoran tərəfindən bir gün iftar süfrəsi verilir. Lakin iftar üçün sifarişlər də olmur. Ramazan ayında işlər zəif gedir”.



Günay RƏSULQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Siqareti tərgitməyin effektiv yolu
26.05.2018, 00:25

Siqareti tərgitməyin effektiv yolu

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
26.05.2018, 00:14

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub

Heydər Əliyev Mərkəzində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub
26.05.2018, 00:06

Heydər Əliyev Mərkəzində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Klubu Arda Turanı ağır cəzalandırdı - 250 min avro 
25.05.2018, 23:57

Klubu Arda Turanı ağır cəzalandırdı - 250 min avro 

Qəzzada toqquşmalar: 109 yaralı
25.05.2018, 23:44

Qəzzada toqquşmalar: 109 yaralı

Putin növbəti dəfə prezident olmayacaq
25.05.2018, 23:33

Putin növbəti dəfə prezident olmayacaq

Şahmatçımız dünya çempionatının qalibi oldu - Video
25.05.2018, 23:22

Şahmatçımız dünya çempionatının qalibi oldu - Video

Naxçıvanda  xidmət rəisi vəzifəsindən azad edilib
25.05.2018, 23:07

Naxçıvanda  xidmət rəisi vəzifəsindən azad edilib

Türkiyə ordusu üç PKK başçısını məhv edib
25.05.2018, 22:56

Türkiyə ordusu üç PKK başçısını məhv edib

Azərbaycan neftinin SON QİYMƏTİ - 80 dolları ötüb
25.05.2018, 22:41

Azərbaycan neftinin SON QİYMƏTİ - 80 dolları ötüb

Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
25.05.2018, 22:28

Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı

25.05.2018, 22:20

"Real" "Liverpul"a qalib gəldi - VİDEO

25-ci
25.05.2018, 22:12

25-ci

Tramp Şimali Koreya ilə dialoqu bərpa edir
25.05.2018, 22:10

Tramp Şimali Koreya ilə dialoqu bərpa edir

Bir sinifdən 7 nəfər 600-dən çox bal topladı – VİDEO
25.05.2018, 21:57

Bir sinifdən 7 nəfər 600-dən çox bal topladı – VİDEO

Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bəzi binalar bayraqlarla bəzədilib
25.05.2018, 21:42

Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bəzi binalar bayraqlarla bəzədilib

Beynəlxalq kosmik stansiya kainatın soyuq qütbü olacaq
25.05.2018, 21:36

Beynəlxalq kosmik stansiya kainatın soyuq qütbü olacaq

Məktəbdə silahlı insident - bir nəfər ağır yaralandı
25.05.2018, 21:32

Məktəbdə silahlı insident - bir nəfər ağır yaralandı

Türkiyə gəmisi raketlə vuruldu
25.05.2018, 21:26

Türkiyə gəmisi raketlə vuruldu

Aprel şəhidinin oğlu AzEdu.az-a yazdı: “Anamdan xəlvət atamın paltarlarını öpürəm”
25.05.2018, 21:19

Aprel şəhidinin oğlu AzEdu.az-a yazdı: “Anamdan xəlvət atamın paltarlarını öpürəm”

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
25.05.2018, 20:46

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb
25.05.2018, 20:33

Rustavidə azərbaycanlı tələbənin meyiti tapılıb

Rusiyadan BƏYANAT: Böyük Britaniya bizdən üzr istəməlidir
25.05.2018, 20:28

Rusiyadan BƏYANAT: Böyük Britaniya bizdən üzr istəməlidir

Xaricdən daha çox idxal etdiyimiz  məhsullar - SİYAHI
25.05.2018, 20:24

Xaricdən daha çox idxal etdiyimiz  məhsullar - SİYAHI

Dövlət Miqrasiya Xidmətində Cümhuriyyətin yubileyi qeyd edilib
25.05.2018, 20:20

Dövlət Miqrasiya Xidmətində Cümhuriyyətin yubileyi qeyd edilib

Daxili İşlər Nazirliyində AXC-nin 100 illiyi ilə bağlı TƏDBİR
25.05.2018, 19:04

Daxili İşlər Nazirliyində AXC-nin 100 illiyi ilə bağlı TƏDBİR

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək
25.05.2018, 18:53

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb   
25.05.2018, 18:50

Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb  

Bir sıra ölkələrin prezidentləri İlham Əliyevi təbrik ediblər
25.05.2018, 18:44

Bir sıra ölkələrin prezidentləri İlham Əliyevi təbrik ediblər

İmişlidə 25 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb
25.05.2018, 18:37

İmişlidə 25 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb

Komitə sədri “SABAH” qrupunun  tələbələri ilə GÖRÜŞDÜ
25.05.2018, 18:34

Komitə sədri “SABAH” qrupunun  tələbələri ilə GÖRÜŞDÜ

Deputata “Xalq yazıçısı” adı verilib
25.05.2018, 18:29

Deputata “Xalq yazıçısı” adı verilib

Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI
25.05.2018, 18:15

Binəqədidə yolların yenidən qurulması üçün 1,9 milyon manat AYRILDI

İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib
25.05.2018, 18:09

İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

Bruselyoza qarşı mübarizə davam etdirilir
25.05.2018, 17:58

Bruselyoza qarşı mübarizə davam etdirilir

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.8%)
Meral Akşener (12.6%)
Rəcəb Tayyip Ərdoğan (58.0%)
Selahattin Demirtaş (1.72%)
Temel Karamollaoğlu (0.57%)
Doğu Perinçek (5.17%)