Modern.az

Ərdoğan İraq Kürdüstanındakı referendumla bağlı ilk dəfə DANIŞDI

Ərdoğan İraq Kürdüstanındakı referendumla bağlı ilk dəfə DANIŞDI

Dünya

13 İyun 2017, 14:55

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İraqdakı Kürdüstan muxtariyyətinin referendum planlarına münasibət bildirib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, AKP-nin qrup iclasında çıxış edən prezident bu addımı səhv adlandırıb.

 

“Şimali İraq rəhbərliyinin bəyənatı bizi çox təəssüfləndirdi. Bu, İraqın ərazi bütövlüyünə təhlükə yaradan qərardır. Biz sülh danışıqlarının və İraqın ərazi bütövlüyünün tərəfindəyik. Bu addım heç kimə xeyir gətirməyəcək” –deyə Ərdoğan deyib.

İraq Kürdüstanı sentyabrın 25-də müstəqillik haqqında referendum keçirəcək.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı