Modern.az

ABŞ dolları yenidən BAHALAŞDIRACAQ? - FED-in qərarı açıqlanacaq

ABŞ dolları yenidən BAHALAŞDIRACAQ? - FED-in qərarı açıqlanacaq

İqtisadiyyat

14 İyun 2017, 11:48

ABŞ-ın Federal Rezerv Sisteminin (FED) bu gün yekunlaşacaq toplantısında uçot dərəcələrinin artırılması ilə bağlı qərar verəcəyi gözlənilir. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlərin 100%-ə yaxını bu qərardan əminlik ifadə ediblər. Bu halda, dünya valyuta birjalarında dolların məzənnəsinin xeyli möhkəmlənəcəyi ehtimal olunur.

 

Lakin bundan sonra uçot dərəcələrinin faizinin artırmasının problemli olduğunu düşünür. Belə ki, ölkənin xarici borcu artıq 20 trilyon dolları keçib.

 

Bu gün açıqlanacaq qərarda FED son 7 ayda uçot dərəcələrini 7 ayda 3-cü dəfə artırmış olacaq.

 

Ekspertlərin fikrincə, Cannet Yelena FED-in rəhbəri kimi 2017-ci ilin sonuna qədər daha bir dəfə uçot dərəcələrini artıracaq, 2018-ci ildə isə bunu 3 dəfə edəcək və beləliklə, 2018-ci ilin sonu üçün federal fondlar üçün faiz dərəcəsi 2,1%-ə çatacaq.

 

FED ölkədə aşağı inflyasiya və işsizlik göstəricisinə arxalanaraq bu addımı atacaq.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır